“Saturn” planetinin halqaları yoxa çıxıb
Beynəlxalq tədqiqatçılar Günəş sistemimiizin qaz nəhəngi - Saturn planetinin qəflətən halqalarından məhrum olduğunu bildiriblər.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Saturn qaz tipli planetlərə aiddir və əsasən hidrogen və helium, metan, ammonyak və ağır metal qatqılarından təşkil olunub. Yer sakinləri onu ilk növbədə ətrafında olan halqaları ilə seçə bilir. Onları ilk dəfə məşhur alim Qalileo Qaliley 1610-cu ildə kəşf edib. Halqalar buz və toz birləşməsindən ibarətdir və bəzi fərziyyələrə görə onları formalaşdıran Saturnun təbii peyklərindən püskürən vulkanlardır.
Halqalar çox nazikdir və planetin ekvator müstəvisində dəqiq yerləşir. Onların qalınlığı təxminən dörd kilometrdir. Bununla belə, çox genişdirlər, çünki on minlərlə kilometrə qədər uzanaraq müəyyən bir mövqeyi tutur və müşahidə üçün əlçatandırlar.
Saturnun halqaları kifayət qədər geniş olduğundan və Yerə müəyyən bucaq altında dönə bildiyindən, müşahidəçilər üçün olduqca gözəl bir mənzərə yaradır. Adi vaxtlarda Saturnun halqaları hətta kiçik teleskoplarla belə aydın şəkildə görünür.
2025-ci ildə Saturnun halqalarının "yoxa çıxması" ilk dəfə 23 martda müşahidə olunub, ikinci belə hal isə noyabrın 26-a təsadüf edəcək. Bu hadisə Yer kürəsinin istənilən nöqtəsindən müşahidə oluna bilər.
Növbəti belə kosmik hadisə isə 2031-ci ilə müşahidə olunacaq.
Digər Xəbərlər
16 Sentyabr 2026 12:45
Əri öldü, biskvit qutusundan sərvət tapdı
16 Sentyabr 2026 10:29
Nədən bizim televiziyalarda ingilis və rus dillərində...
16 Sentyabr 2026 08:58
Nostradamusun 500 illik sirri yenidən gündəm oldu
15 Sentyabr 2026 18:06
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc - FOTOLAR
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28


Bakı -°C

