Rza Rzayev: ”Daimi öldürücü olanlar var” ...
Pandemiya bir təbii fəlakət olmaqla yanaşı insan həyatının bütün sahələrini bürüyən kəskin böhranı ortaya çıxartdı. Bu baxımdan onun fəlsəfi, düşündürücü əhəmiyyəti böyükdür.
O, bütün dünyanın siyasi-iqtisadi dayaqlarını silkələdi, mövcud ictimai münasibətləri uçurub yenilərinin yaranma zərurətini meydana çıxardı, insan azadlığı ilə onun yaşam zərurəti arasındaki ziddiyəti gücləndirdi, "sosial məsafə", "sosial və özünü təcrid ", "özünə nəzarət", "şəxsi məkanı tərk etməmək" anlayışlarını meydana gətirdi.
Xeyirlə Şər arasındaki əzəli-əbədi mübarizə yeni müstəvidə, yeni formada təzahür etməyə başladı. Antihumanizmin qlobal dominant düşüncə və həyat tərzinə çevrilməsi insan varlığının "olum-ölüm" dilemmasını daha da kəskinləşdirdi.
Rejissor Rza Rzayevin təqdim olunan "Pandemiya" adlı filmi bu yeni mübarizə formasını, həyatı qoruyub saxlamaq üçün ictimai münasibətlərin yenidən şəkillənməsi zərurətini, cəmiyyətin bütün dairələrində və eləcə də insanın ruh həyatında laqeydlik, hərislik, xudbinlik, məsuliyyətsizlik, təkəbbür, intizamsızlıq və.s kimi xüsusiyyətlərin artıq yanlız sadəcə mənəvi naqisliklər, neqativ mental xüsusiyyətlər deyil, həm də insanın fiziki məhvini, ölümünü şərtləndirən Şər vasitələri olduğunu əks etdirir.
Film göstərir ki, əsas ölüm təhlükəsi pandemiyanın özündə deyil, cəmiyyət sağlam ümmumineti ilə hər hansı virusun xaricdən gətirdiyi ölüm təhlükəsinin qarşısını ala bilər. Ölüm pandemiyaya qədərki cəmiyyətdə, onun ictimai münasibətlərində, fərdlərinin mənəviyyatında naqislik və eybəcərliklərin birikib yetişməsindədir. Cəmiyyət orqanizmi daxildə öz ölümcül xəstəliklərini daşıyır. Pandemiya kəskin bir xarici amil olaraq sadəcə daxildə yetişən bu ölümü üzə çıxarır.
Ssenari Müəllifi & Quruluşçu Rejissor - Rza Rzayev
Quruluşçu Operator - Raid Abbasov
Quruluşçu Rəssam - Rza Rzayev
Mətn - Arzu Əsəd
Bəstəkar - Firudin Allahverdi
Baş Prodüser - Rövşən Tağıyev & Rza Rzayev
Layihə Rəhbəri - Rüstəm Əliyev
İkinci Rejissor - Bəhruz Vaqifoğlu
Redaktor - Günay Arda
Digər Xəbərlər
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51
"Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov
08 Aprel 2026 10:38
Qalalar şəhəri olan tarixi Bitlis – FOTOLAR
06 Aprel 2026 16:59
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
06 Aprel 2026 10:58


Bakı -°C

