adalet.az header logo
  • Bakı -°C
11 Aprel 2026 12:27
106
DÜNYA
A- A+

İshaq Dar: Vaşinqton və Tehranın konstruktiv dialoquna ümid edirik

Pakistan ABŞ və İranın konstruktiv danışıqlar aparacağına ümid edir.

Adalet.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib.

Onun sözlərinə görə, Pakistan davamlı sülh müqaviləsinin imzalanması üçün tərəflərə yardım göstərməyə davam edəcək.

"İshaq Dar tərəflərin konstruktiv dialoq aparacağına ümid etdiyini bildirib və Pakistanın münaqişənin uzunmüddətli həllinə nail olunmasında tərəflərə yardımı davam etdirmək istəyini təsdiqləyib", - ölkənin Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, İran və Amerika nümayəndə heyətləri danışıqlar aparmaq üçün artıq İslamabada gəliblər. Bununla belə, danışıqların başlama vaxtı açıqlanmır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.