adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 14:45
96
MƏDƏNİYYƏT
A- A+

Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəllər Muzeyinin birgə layihəsi çərçivəsində Ankara Rəsm və Heykəllər Muzeyində “Suverenliyimizi qazandıran şanlı zəfər” adlı azərbaycanlı rəssamların rəsm sərgisi təşkil olunub.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, açılış mərasimində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Belviranlı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, İYİ Partiya millət vəkili Ayyüce Türkeş, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Səfirliyimizin müşaviri Füzuli Məcidli, diplomatlar, eləcə də mədəniyyət, incəsənət xadimləri, rəssamlar, Türkiyədə yaşayan azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.

Zəfərimizə ithaf edilmiş sərgidə Türk dünyasının böyük şəxsiyyətləri, Ulu Öndər Mustafa Kamal Atatürk, Ulu Öndər Heydər Əliyevin rəsmləri, habelə Azərbaycan, Vətən sevgisi, milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, Qarabağ, Azərbaycan-Türkiyə qardaşlığı növzusunda rəsmlər nümayiş etdirilir. 

Qeyd edək ki, 2025-ci ildə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin 5 illiyi münasibəti ilə elan etdiyi sərgi üçün Türkiyənin müxtəlif şəhərlərindən təqdim olunan çoxsaylı əsərlər arasından Təşkilat Komitəsi tərəfindən 44 rəsm əsəri seçilmiş və Ankara Rəsm və Heykəllər Muzeyinə gətirələrək nümayiş etdirilir.  

16 aprel tarixinədək Ankara Rəsm və Heykəllər Muzeyində nümayiş olunacaq sərginin Ankara ilə yanaşı, Türkiyənin digər böyük şəhərlərində də təşkili, habelə seçilmiş dəyərli əsərlərin Azərbaycan və Türkiyədə muzeylərinə daimi eksponat kimi hədiyyə olunması nəzərdə tutulur.