ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı
İslamabadda keçirilən ABŞ-İran danışıqları fonunda Vaşinqtonun Qətərdə və digər xarici banklarda saxlanılan İran vəsaitlərinin dondurulmasının ləğvinə razılıq verdiyi bildirilir.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli İran mənbəsinə istinadən məlumat yayıb.
Mənbə bu addımı danışıqlarda irəliləyiş və ABŞ-nin razılaşmaya ciddi yanaşmasının göstəricisi kimi qiymətləndirib.
Qeyd edilib ki, vəsaitlərin azad edilməsi Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması ilə birbaşa bağlıdır və bu məsələ danışıqlarda əsas mövzulardan biridir.
Mənbələrdən biri azad ediləcək vəsaitin həcmini açıqlamasa da, digər İran rəsmisi Qətərdə saxlanılan təxminən 6 milyard dolların sərbəst buraxılmasının müzakirə edildiyini bildirib. ABŞ tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, sözügedən vəsaitlər ilk dəfə 2018-ci ildə, Donald Tramp administrasiyasının İrana qarşı sanksiyaları bərpa etməsindən sonra dondurulmuşdu. Bu pullar İranın Cənubi Koreyaya neft satışından əldə etdiyi gəlirlərdən formalaşıb.
2023-cü ildə ABŞ və İran arasında əsir mübadiləsi çərçivəsində vəsaitlərin azad edilməsi planlaşdırılsa da, “Həmas”ın İsrailə hücumlarından sonra Co Bayden administrasiyası tərəfindən yenidən dondurulmuşdu.
Həmin dövrdə vəsaitlər Qətərə köçürülərək humanitar məqsədlərlə – qida, dərman və tibbi avadanlıqların alınması üçün istifadə olunmalı idi və ABŞ Xəzinədarlığının nəzarəti altında saxlanılırdı.
Hazırda isə bu vəsaitlərin taleyi İslamabadda davam edən danışıqların əsas müzakirə mövzularından biridir.
Digər Xəbərlər
11 Aprel 2026 12:50
“Xameneinin üzü ciddi şəkildə zədələnib” - YENİ İDDİA
11 Aprel 2026 12:27
İshaq Dar: Vaşinqton və Tehranın konstruktiv dialoquna ümid edirik
11 Aprel 2026 11:36
“Putin bu qanuna ona görə ehtiyac duyub ki...”
11 Aprel 2026 11:02
Paşinyanın kortejində qəza - 1 ölü, 12 yaralı
11 Aprel 2026 09:29
Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
11 Aprel 2026 09:28
Tramp: İranın nüvə silahı olmamalıdır
11 Aprel 2026 09:10
BMT Ukraynanın mülki əhalisi üçün ən ölümcül silahı açıqlayıb
10 Aprel 2026 23:58


Bakı -°C

