Rusiyaya tətbiq olunan məhdudiyyətlər ləğv edildi
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq edilən məhdudiyyətləri götürüb.
Adalet.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.
Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yaydığı rəsmi məlumata əsasən, qərar Hüquq Məsələləri Komissiyasının apardığı ətraflı təhlildən sonra qəbul edilib.
Bildirilib ki, Rusiya Olimpiya Komitəsinin tərkibində artıq Ukrayna Milli Olimpiya Komitəsinin yurisdiksiyasına aid ərazilərdə fəaliyyət göstərən regional idman təşkilatları yer almır. Bundan əlavə, Rusiya Olimpiya Komitəsi həmin ərazilərdə fəaliyyət göstərməyəcəyini də təsdiqləyib.
Beynəlxalq Olimpiya Komitəsi bununla belə, Rusiya Olimpiya Komitəsinin sözügedən ərazilərlə bağlı fəaliyyətini izləməyə davam edəcəyini və zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiya Olimpiya Komitəsi Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindəki regional olimpiya şuralarını öz tərkibinə daxil etdiyinə görə BOK tərəfindən 2023-cü ilin oktyabrında üzvlük hüququndan məhrum edilmişdi.
Bundan əvvəl isə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra rusiyalı idmançılar beynəlxalq yarışlarda əsasən neytral statusda iştirak edə bilirdi.
Digər Xəbərlər
11 Iyul 2026 13:02
Ən yüksək pillədə “Qarabağ”dır - SİYAHI
11 Iyul 2026 01:02
İspaniya yarımfinalda - Fransaya rəqib olur - YENİLƏNİB
10 Iyul 2026 15:49
"Haaland ayı kimi yeyir" - Gündə 6 dəfə qidalanırmış
10 Iyul 2026 15:33
Elvin Cəfərquliyev: “Sizi çox sevirəm”
10 Iyul 2026 14:59
Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
10 Iyul 2026 02:00
Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB
10 Iyul 2026 00:31
Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov
09 Iyul 2026 22:51


Bakı -°C

