adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 20:10
72
DÜNYA
A- A+

Tsarukyan həbs edildi

Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs olunub.

Adalet.az xəbər verir ki, Bu gün, bu qərarı Avan və Nor Nork Rayon Baş Yurisdiksiya Məhkəməsi hakim Qarik Abelyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edib. 

Xatırladaq ki, 6 iyulda Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın malikanəsində, "Multi Group" şirkətinə daxil olan demək olar ki, bütün şirkətlərdə və bu təşkilatların direktorlarının mənzillərində axtarışlar aparılıb.

Daha sonra malikanədə axtarış başa çatdıqdan sonra Tsarukyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb. Eyni zamanda başqa bir nəfər də saxlanılıb.