Olimpiya medalçısı zorlamaya görə həbs olundu
İtaliyanın Trapani şəhər məhkəməsi Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ağır atlet Antonio Pizzolatonu qrup halında zorlama cinayətində təqsirli bilərək 5 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
Adalet.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, idmançı ilə birlikdə cinayətdə iştirak edən Davide Lupo, Klaudio Tutino və Stefano Mondjovi də eyni müddətə həbs cəzası alıblar.
Hadisə 2022-ci il iyulun 22-də Siciliyanın cənubunda baş verib. İstintaq materiallarına görə, Finlandiyadan istirahət üçün gəlmiş turist və rəfiqələri çimərlik klubunda dörd nəfərlə tanış olublar. Gecə saatlarında iki rəfiqəsi otelə qayıtsa da, zərərçəkmiş qadın yeni tanışları ilə birlikdə onlardan birinin mənzilinə gedib.
Məhkəmədə təqdim olunan materiallara əsasən, qadın güclü alkoqol təsiri altında olduğundan divanda yuxuya gedib. Oyandıqda isə dörd nəfərin ona qarşı cinsi zorakılıq etdiyini bildirib. O, daha sonra xəstəxanaya müraciət edib və qeydə alınan xəsarətlər cinayət işi üzrə istintaqın başlanmasına əsas verib.
28 yaşlı Antonio Pizzolato üçqat Avropa çempionu (2019, 2021 və 2022), 2017-ci il dünya çempionatının mükafatçısı, ikiqat yeniyetmələr arasında Avropa çempionu, həmçinin Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarının bürünc medalçısıdır.
Digər Xəbərlər
11 Iyul 2026 13:02
Ən yüksək pillədə “Qarabağ”dır - SİYAHI
11 Iyul 2026 01:02
İspaniya yarımfinalda - Fransaya rəqib olur - YENİLƏNİB
10 Iyul 2026 15:49
"Haaland ayı kimi yeyir" - Gündə 6 dəfə qidalanırmış
10 Iyul 2026 15:33
Elvin Cəfərquliyev: “Sizi çox sevirəm”
10 Iyul 2026 14:59
Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
10 Iyul 2026 02:00
Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB
10 Iyul 2026 00:31
Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov
09 Iyul 2026 22:51


Bakı -°C

