Belçika ABŞ-ni darmadağın edərək 1/4 finala yüksəldi
ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi 2026-cı il futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti qarşılaşması baş tutub.
Adalet.az xəbər verir ki, Sietl stadionunda keçirilən oyunda Belçika millisi ABŞ yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Belçikanın heyətində Şarl de Ketelare 9 və 33-cü dəqiqələrdə dubl edib. Daha sonra Hans Vanaken 57-ci dəqiqədə fərqlənib. Oyunda son nöqtəni isə əlavə olunmuş vaxtda Romelu Lukaku qoyub. ABŞ millisinin yeganə qolunu isə 31-ci dəqiqədə Malik Tillman vurub.
Bu nəticə ilə Belçika dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda növbəti raundda İspaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya yığmaları da 1/4 finala yüksəlmişdilər. Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Digər Xəbərlər
11 Iyul 2026 13:02
Ən yüksək pillədə “Qarabağ”dır - SİYAHI
11 Iyul 2026 01:02
İspaniya yarımfinalda - Fransaya rəqib olur - YENİLƏNİB
10 Iyul 2026 15:49
"Haaland ayı kimi yeyir" - Gündə 6 dəfə qidalanırmış
10 Iyul 2026 15:33
Elvin Cəfərquliyev: “Sizi çox sevirəm”
10 Iyul 2026 14:59
Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
10 Iyul 2026 02:00
Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB
10 Iyul 2026 00:31
Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov
09 Iyul 2026 22:51


Bakı -°C

