Rusiya Telegram-kanalı bloklayır?
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu gün bildirib ki, Rusiyanın Telegram messencer kanalını bloklamaqla bağı planı yoxdur.
"Hazırda bununla bağlı planımız yoxdur"- deyə Peskov Life mətbu orqanına müsahibəsundə bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bu servis çox vaxt terroristlər tərəfindən istifadə olunur və ona görə də, bu internet kanalana nəzarət artmalıdır və onun sahibi Pavel Durov da bu məsələyə diqqəti artırmalıdır.
"Təbii ki, biz Pavel Durovdan gənclərin daha çox diqqətini cəlb edən bu fenomenal texnologiyadan istifadə etdikləri resursa nəzarəti artırmağı və terroristlərin bu internet- kanal vasitəsi ilə öz çirkin əməllərini yerinə yetirmələrinin qarşısının alınması üçün diqqətin artırılmasını gözləyirik"- deyə Peskov əlavə edib.
Telegram messencer internet kanalının yaradıcısı və sahibi Pavel Durov daha əvvəl, martın 11-də Financial Timesə verdiyi açıqlamada bildirmişdir ki, investorlar Telegram-kanalın dəyərinin 30 milyard dollardan çox olduğunu bildirirlər. Durov hazırki şəraitlərlə Telegram kanalının satışa çıxarılması mümkün olmadığını bildirib. Kanalın sahibi 2024-2025-ci illərdə Telegram-kanalın daha çox gəlir gətirəcəyinə əmin olduğunu bildirib.
Rüstəm Hacıyev
Digər Xəbərlər
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27


Bakı -°C

