adalet.az header logo
  • Bakı -°C
05 Yanvar 2026 13:00
95
ŞOU-BİZNES
A- A+

Rahidə Baxışova: “Qadın qadını anlamaq istəmir, nəinki kişi…”

Uzun zamandır efirlərdə görünməyən Rahidə Baxışova açıqlaması ilə diqqət çəkib.  Onun “ Mən elə bilirdim qadın sevəndə gözəlləşir. Amma qadın sevəndə əziyyət çəkir” fikri müzakirələrə səbəb olub.

Adalet.az-a açıqlama verən R. Baxışıva bildirib ki,  onun fikri ilə razılaşmayanlar sevgisizlikdən əziyyət çəkən insanlardır:

“İnsanlar niyə sözümü pis anlayırlar axı? Bu doğrudan da belədir. Qadınların bir çox qarşılıqsız sevirlər. Sevgini cavabı olmayanda məgər insan əziyyət çəkmir? Qadın olmaq çox çətindir. Səni nəinki kişilər, heç həmcinslərin də anlamaq istəmirlər. İnsan yalnız qarşılıqlı sevəndə zövq alır. Heç bir qadın xəyanətdən və qarşılıqsız sevgidən zövq almır.Ən gözəl sevgi özünü sevməkdir. Bunu həmişə demişəm. İnsan özünü sevəndə elə özünü  də hər bir pislikdən və ya mənfi xarakterli  insandan qoruya bilir.Düşünürəm ki, kim mənim fikrimlə razılaşmırsa, ya həyatında hər şey çox əladır, ya da heç vaxt sevməyin” (gülür). 

Əntiqə