Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, səyyar gömrük auditi planlı (növbəti) və plandankənar (növbədənkənar) olmaqla gömrük orqanının qərarı əsasında idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə həyata keçiriləcək.
Səyyar gömrük auditi gömrük bəyannaməsində qeyd olunan mallar gömrük nəzarəti altında olarkən və ya gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində gömrük orqanının qərarı əsasında həyata keçiriləcək.
Gömrük orqanının səyyar gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan vəzifəli şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində səyyar gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.
Səyyar gömrük auditi 20 iş günü müddətində aparılacaq.
Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər.
Planlı (növbəti) səyyar gömrük auditi bir şəxs barədə təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilməlidir.
Planlı (növbəti) səyyar gömrük auditinin başlanmasına azı 15 (on beş) iş günü qalmış yazılı bildiriş barəsində gömrük auditi aparılan şəxsə göndərilir. Bildirişdə səyyar gömrük auditinin əsası, tarixi, yoxlama suallarının siyahısı, şəxsin və gömrük orqanlarının hüquq və vəzifələri göstərilməlidir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
01 May 2026 13:32
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
01 May 2026 13:25
Bu malların buraxılışı müvəqqəti dayandırıla bilər
01 May 2026 13:24
Malların gömrük proseduru altında qalma müddəti müəyyənləşir
01 May 2026 13:23
Gömrük ödənişlərinin qaytarılması yeni qayda ilə həyata keçiriləcək
01 May 2026 12:23
Əli Əsədov bu müəssisəyə sahibkarlıqla məşğul olmaq icazəsi verdi
01 May 2026 11:17
“ABŞ-nin iqtisadiyyatı təxminən 32 trilyon dollardır”
01 May 2026 10:55
“Azərbaycan Ermənistana həmişə üç şey göndərdib”
30 Aprel 2026 12:18


Bakı -°C

