“Azərbaycan Ermənistana həmişə üç şey göndərdib”
Politoloq Əziz Əlibəyli Azərbaycan-Ermənistan münasibətləri haqda maraqlı fikirlər səsləndirib.
Adalet.az xəbər verir ki, politoloq çıxışı zamanı Azərbaycanın Ermənistana həmişə üç şey göndərdiyini deyib:
“1. Tabut - Bu onların öz əməllərinə verilən qiymət idi. Erablur ağzına qədər doldu,
2. Yanacaq - Əvvəl alovla, indi benzinlə. SOCAR-ın 22 vaqonluq qatarları ilə Ermənistanın qiymətlərini aşağı salırıq, hələ də “blokada” nağılı danışanlara sillədir, ayrıca, bizdən asılı olan - işıqları var. Bir növ çıraqlarını biz yandırırıq.
3. Taxıl - Minlərlə ton buğda Azərbaycan dəmir yolları ilə onların çörək stoluna gedir. Bizim torpaqları işğal edəndə gördük ki, əkib-becərməyi bacarmasalar da, bizim vasitəçiliyimizlə acından ölmürlər.
Bir sözlə, Bakıdan - İrəvana qatar düz gedir, amma xeyli əyrliləri də düzəldir.Azərbaycanın addımları həmişə rəmzlərlə dolu olub”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

