Müraciətlərə baxılması qaydası dəyişir
Vətəndaşların dövlət qurumlarına müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar əlavə edilir.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Vətəndaşların müraciətləri haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Dəyişikliyə əsasən, müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimləri sırasına elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə cavablandırma əlavə edilir.
Həmçinin, müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılmasını istənildiyi halda müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb ediləcək. Müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan istəniləcək.
Sənədə əsasən, vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.
Dəyişikliyə görə, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.
Ümumilikdə, "Elektron hökumət" sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.
Digər Xəbərlər
01 May 2026 12:40
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
01 May 2026 12:37
Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA
01 May 2026 11:58
Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib
01 May 2026 11:20
Bakıda bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
01 May 2026 10:02
Kəlbəcərdə qonur ayı görüntüləndi
01 May 2026 09:29
Həyət evlərinin qarşısında gül əkib, maşın saxlayanlar cərimələnə bilər - VİDEO
30 Aprel 2026 13:56
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNİB
30 Aprel 2026 12:53


Bakı -°C

