“ABŞ-nin iqtisadiyyatı təxminən 32 trilyon dollardır”
“Pentaqon deyir ki, ABŞ-nin İrana qarşı əməliyyatlara xərci 25 milyard dollar olub. “Iran War Cost Tracker” portalı real xərclərin artıq 65 milyard dolları keçdiyini iddia edir. Lap tutaq ki, maksimum variantı götürək, xərc 65 milyard dollar olsun. Bəs bu pul ABŞ üçün nə deməkdir?”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, ABŞ-nin iqtisadiyyatı təxminən 32 trilyon dollardır.
“Bu il illik hərbi xərci 1 trilyon dolları ötür. 2027-ci ildə isə hərbi üçün 1,5 trilyon dollar ayırmağı düşünürlər.Bu kontekstdə 65 milyard dollar illik hərbi xərclərin təxminən 6-7%-i, ümumi iqtisadiyyatın isə cəmi 0,2%-dir. Odur ki, yerli və qlobal mediada “çox böyük xərc” kimi təqdim olunan bu məbləğ ABŞ kimi maliyyə imkanları olan ölkə üçün idarəolunan və absorb olunan xərcdir.Əlqərəz, 65 milyard dollar böyük rəqəmdir, amma ABŞ kimi böyük iqtisadiyyatlar üçün yox. Bir az da anlaşılan olsun deyə Azərbaycan manatı ölçüsündə izah edim ki, ABŞ illik hərbi xərcinin hər 100 manatından 6-7 manatını, ÜDM-in hər 100 manatından isə cəmi 20 qəpiyini İranla müharibə üçün xərcləyib. Buna görə də bu dövlətin “müharibə xərclərini ödəməkdə çətinlik çəkir” kimi fikirləri tirajlamaq və ya düşünmək sadəlövhlükdür.Bir az da riyazi hesablasaq görərik ki, ABŞ iqtisadiyyatı 65 milyard dolları cəmi 18 saata yaradır (bir gün bitmir). Yəni, söhbət bu dövlətdən gedir”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 May 2026 13:32
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
01 May 2026 13:26
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq
01 May 2026 13:25
Bu malların buraxılışı müvəqqəti dayandırıla bilər
01 May 2026 13:24
Malların gömrük proseduru altında qalma müddəti müəyyənləşir
01 May 2026 13:23
Gömrük ödənişlərinin qaytarılması yeni qayda ilə həyata keçiriləcək
01 May 2026 12:23
Əli Əsədov bu müəssisəyə sahibkarlıqla məşğul olmaq icazəsi verdi
01 May 2026 10:55
“Azərbaycan Ermənistana həmişə üç şey göndərdib”
30 Aprel 2026 12:18


Bakı -°C

