Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edilib ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır.
Bu məsələnin həlli üçün qanunvericiliyə "Şəxsi jeton" anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
01 May 2026 14:10
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
01 May 2026 14:09
Orta məktəblərdə hərbi hazırlıq dərslərinə ayrılan vaxt artırılsın - TƏKLİF
01 May 2026 14:08
"Səyyar gömrük auditi aparılması halı kifayət qədər azalacaq" - General
01 May 2026 13:17
Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq
01 May 2026 12:57
Hikmət Hacıyevdən diplomatların Qarabağ səfəri ilə bağlı PAYLAŞIM
01 May 2026 12:54
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
01 May 2026 12:39
Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda
01 May 2026 12:36


Bakı -°C

