adalet.az header logo
  • Bakı -°C

İran "müxalifətinin" lideri şahın oğlu imiş... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
309 | 2026-01-03 15:41
A- A+

Özünü İran müxalifətinin lideri kimi təqdim edən Rza Pəhləvi, ölkədə baş verən kütləvi etiraz aksiyalarını dəstəklədiyini və xalqı hazırki diktatura rejiminə qarşı müqavimət göstərməyə çağırıb.

 "Rejimin represiyasının qarşısının alınması üçün, bizim bir yolumuz var: eyni zamanda kütləvi şəkildə şəhərlərə axışmaq, mərkəzi bə magistral yolları bağlamaq. Bunun üçün qorxmamaq, küçələrə çıxmaqla rejimə anlatmalıyıq ki, bizi əzməklə dayandıra bilməyəcəksiniz"- deyə keçmoş şahın oğludu, nəvəsidi, nəyidi bəyan edib. 

 Gözünü açandan Birləşmiş Ştatlarda yaşayan eks İran şahının "vəliəhdi", "Sem dayının" fitvasına gedib elə bilir ki, iran xalqı  qucaqlarlnı açıb onu gözləyir. 

 Bu arada ABŞ prezidenti Donald Tramp İranın hazırki rejimini hədələyətək bəyan edib ki, dini rejim etirazçılara qarşı güc tədbiq edəcəyi təqdirdə  ABŞ "işə qarışacaq". 

 İranın BMT-dəki səfiri və nümayəndəsi Əmir Səid İravani bəyan edib ki, ABŞ prezidentinin təhdidlərinə cavab olaraq, İran BMT-yə məktub ünvanlayıb. Məktubda bildirilir ki, "ABŞ baş verə biıəcək neqativ nəticələrə görə məsuluyyət daşıyacaq və İran qətiyyətlə öz hüquqlarını müdafiə edəcək".

 Əslində, ölkədə kütləvi iğtişaşlar həyat şəraitinin pisləşməsi, ölkə valyutasının alıcılıq qabiliyyətini itirməsi səbəbləri ilə tacirlər arasından başlansada, sonradan hökumət əleyhinə şüarlarla əvəzlənərək kütləvi hal aldı. Mitinqçılər korrupsiyaya, dini teokratiyaya və avtorizmə qarşı etirazlarını bildirirlər.

 İranın güc rejimləri dərhal etirazları yatırmağa başlayıblar. Hökumət qüvvələri iğtişaçılara qarçı gözyaşardıcı qazdan və döyüş patronlarından istifadə edirlər. Bu günə verilən xəbərlərə görə, qarşıdurmalarda hər iki tərəfdən ən azı 10 nəfər öldürülüb, yüzlərlə saxlanılanlar var.

 Etiraz aksiyaları əsasən farsların yaşadıqları İsfahan, Şiraz, Məhşəd və Həmədan kimi şəhərlərdə başlayıb. Azərbaycanlı əhalinin yaşadıqları şəhər və kəndlər "Sem dayının" fitvasıyla qızışan etiraz aksiyalarına qoşulmurlar. 

 Bir sözlə deyəsən İranda vəziyyət 1979-cu ildə olduğu kimi yenə fransızcadır. O vaxt Pza  Pəhləvin şah rejimini yıxıb molla rejimini hakimiyyətə gəyirdilər, indi də əksinə, molla rejimini yıxıb yenidən şahlıq rejimini "bərpa" etmək istəyirlər...

 

 

 

TƏQVİM / ARXİV