adalet.az header logo
  • Bakı -°C
22 Dekabr 2025 14:23
54
İQTİSADİYYAT
A- A+

“Bir regionda baş verən hadisə minlərlə kilometr uzaqda qiymətlərə təsir edir...”

“Qlobal ticarətdə risk anlayışı artıq gündəlik qərarlara birbşa təsir edən real faktora çevrilib. Daşıma marşrutları, sığorta şərtləri və təchizat zəncirləri bu gün iqtisadi hesablamadan çox geosiyasi dinamikanın təsiri altındadır. Son günlər Qara dənizdə baş verənlər, Yaxın Şərq, Şərqi Avropa xətti boyunca davam edən qarşıdurmalar, Latın Amerikasında Venesuela ətrafında artan gərginlik və s. qlobal logistikanın nə qədər kövrək olduğunu bir daha göstərir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, bir regionda baş verən hadisə minlərlə kilometr uzaqda qiymətlərə, müddətlərə və risk gözləntilərinə təsir edir:

“Buna görə də dünya mediası artıq “harada istehsal olunur?” sualına cavab axtarmır. Hər kəs daha çox “haradan təhlükəsiz keçə bilir?” sualını önə çıxarır. Bu isə dəyişən iqtisadi reallığın açıq göstəricisidir. Dünya iqtisadiyyatı bu mərhələdə sürət və ucuzluqdan çox, təhlükəsizlik və dayanıqlılıq üzərində qurulur. Bu kontekstdə mübaliğəsiz demək olar ki, 2020-ci ildən sonra qlobal miqyasda təhlükəsizlik mühiti getdikcə gərginləşdiyi halda, bizim coğrafi koordinatlarda (Cənubi Qafqazda) əks proses müşahidə olunur. Vaxtilə risk kimi qiymətləndirilən bu məkan indi Azərbaycanın pozisiya üstünlüyü yaradan strateji kombinasiyalarının nəticəsində daha stabil, proqnozlaşdırılan və etibarlı görünməyə başlayır. Məhz bu reallıq təhlükəsizlik amilinə əsaslanan qlobal oyunçular və iştirakçılar üçün burada  yeni iqtisadi və logistika seçimləri imkanı yaradır”.

Vasif ƏLİHÜSEYN