"Qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır" - Baş nazir
Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır.
Adalet.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
Baş nazir vurğulayıb ki, iki ölkə arasında enerji tərəfdaşlığının gündəliyində bir sıra perspektivli layihələr var.
Bunların sırasında Ə.Əsədov iyunda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz yatağında 30 % paya sahib olduğunu qeyd edib.
"Birlikdə Xəzər dənizindəki bu perspektivli yatağın tam potensialını üzə çıxarmaq üçün çalışacağıq. Bununla yanaşı Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır. Enerji işbirliyimizin aparıcı qüvvəsi olan SOCAR bu gün də Türkiyədəki fəaliyyətini genişləndirir".
Digər Xəbərlər
22 Dekabr 2025 17:06
Ceyhun Bayramov Vladanka Andreyeva ilə görüşüb
22 Dekabr 2025 16:38
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib
22 Dekabr 2025 16:31
Tatarıstanın Rəisi Prezident İlham Əliyevi təbrik edib
22 Dekabr 2025 16:25
"Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib"
22 Dekabr 2025 14:35
Cevdet Yılmaz: Can Azərbaycan vacib dostumuz və müttəfiqimiz olan ölkədir
22 Dekabr 2025 13:19
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
22 Dekabr 2025 12:27
Milanoviç İlham Əliyevi təbrik etdi
22 Dekabr 2025 12:20


Bakı -°C

