adalet.az header logo
  • Bakı -°C
22 Dekabr 2025 14:47
90
DÜNYA
A- A+

“Rusiya həm özü, həm də dünya üçün təhlükəli bir koda çevrilir”

“Sank-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin getməməsi təhlükəsizlik baxımından doğru addımdır. Ona görə ki, ötən illlərin təcrübəsi, xüsusən AZAL-ın sərnişin təyyarəsi ilə bağlı baş verən hadisələr onu göstərir ki, Rusiya təhlükəsizlik baxımından çox güvənsiz və etibarsız ölkədir”.

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

“Düzdü, bizim Rusiya ilə müttəfiqlik müqaviləmiz, iqtisadi əlaqələrimiz var. Hər halda prezidentlər arasında qənaətbəxş münasibət var. Sonuncu görüşdən sonra bir mülayimlik atmosferi görünürdü. Amma indi hazırda həm Ukrayna çevrəsində, həm də Suriyada gedən hadisələr, ümumiyyətlə geopolitikanın çox mürəkkəb epizodları onu göstərir ki, Azərbaycan və dövlət başçısı üçün də təhlükəsizlik əsas şərtlərdən biridir və onu mütləq nəzərə almaq lazımdır. Buna görə də hesab edirəm ki, Prezidentin qeyri-rəsmi zirvə görüşünə getməməsi təhlükəsizlik baxımından doğru addım idi. Əgər biz Rusiya prezidenti Vladimir Putinin sonuncu çıxışlarına diqqət yetirsək, məlum olur ki, o, tamamilə başqa əhvaldadır, sülh, barışıq, qarşılıqlı anlaşma, dünya ilə dialoq kimi məsələlər görünmür. Yəni vurmaq, yıxmaq, dağıtmaq, ərazi tutmaq və sair. Bu da indiki dünyanın prinsiplərinə və yaşayış tərzinə uyğun deyil. Rusiya həm özü, həm də dünya üçün təhlükəli bir koda çevrilir”.

Vasif