Cevdet Yılmaz: Can Azərbaycan vacib dostumuz və müttəfiqimiz olan ölkədir
"Can Azərbaycan “iki dövlət, bir millət” olduğumuz, çox vacib dostumuz və müttəfiqimiz olan ölkədir”.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın Şəhidlər xiyabanında “Türk şəhidliyi”ndə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bir tərəfdən siyasi əlaqələr yüksək inkişaf edib, digər tərəfdən iqtisadi əlaqələr artmaqdadır: “Bu gün burada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını da keçirəcəyik. Çox sıx proqramımız var. Bu əlaqələrimizi daha da inkişaf etdirmək üçün müzakirələr aparacağıq. Həm əvvəl həyata keçirilən işləri dəyərləndirəcəyik, həm də yeni görüləcək işlərlə bağlı müzakirələr aparacağıq. Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni protokolunu da imzalamış olacağıq".
Digər Xəbərlər
22 Dekabr 2025 15:38
"Qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır" - Baş nazir
22 Dekabr 2025 13:19
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
22 Dekabr 2025 12:27
Milanoviç İlham Əliyevi təbrik etdi
22 Dekabr 2025 12:20
“Belə vəziyyətdə Prezidentin zirvə toplantısına qatılması ehtimalı az idi”
22 Dekabr 2025 12:11
Türkiyənin vitse-prezidenti Azərbaycana gəldi
22 Dekabr 2025 09:25
Paşinyan İlham Əliyevə təşəkkür etdi - VİDEO
22 Dekabr 2025 09:13
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
20 Dekabr 2025 18:27


Bakı -°C

