Pərakəndə ticarətdə sadələşdirilmiş dövriyyə artırılır, vergi azaldılır: Qiymətlər də azalacaqmı?
"“Vergi Məcəlləsində” qəbul edilən və gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilən dəyişikliklərə əsasən, pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat limiti 200 min manatdan 400 min manatadək artırılacaq. Bununla da, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu o deməkdir ki, gələn ildən etibarən sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması nəzərdə tutulur:
"Sadə dildə izah etsək, əgər hazırda 12 aylıq ardıcıl dövriyyəsi 200 min manatdan çox olan sahibkarlar 18.0 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirlərsə, gələn aydan etibarən 400 min manatədək sadələşdirilmiş vergi ödəyəcəklər. Yəni, onların dövriyyəsi 200 min manatı keçsə də belə, 400 min manatdan az olduğu halda ƏDV ödəməyəcəklər. Bu isə mikro sahibkarların vergi yükünün azalmasına gətirib çıxaracaq.
Sadələşdirilmiş vergi əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanacaq. Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-ə endiriləcək. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Pərakəndə ticarət və əhaliyə xidmət sektorunda tətbiq edilən yeni güzəştlər sahibkarların xərclərini azaldacaq. Bu isə onların qiymət azalmalarına getmələri üçün də iqtisadi əsas yaradır. Qiymətlərin necə dəyişəcəyi isə, təbii ki, sahibkarların qərarlarından asılı olacaq".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Dekabr 2025 10:42
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
19 Dekabr 2025 17:29
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
19 Dekabr 2025 15:42
Neft məhsullarının ilk partiyası Ermənistana çatdı
19 Dekabr 2025 13:46
Elektron siqaretlərlə bağlı qadağanın bu tarixdə qüvvəyə minməsi təklif olunur
19 Dekabr 2025 13:40
Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyənləşir
19 Dekabr 2025 13:09
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırlır
19 Dekabr 2025 12:35
Bu informasiyanın internetdə yayılması qadağan ediləcək
19 Dekabr 2025 12:35


Bakı -°C

