Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?
“Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. Belə ki, Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur. Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək:
“2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (orta aylıq dövlət məvacibi- 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təmminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Yanvar 2026 11:20
Azərbaycan nefti bahalaşdı
23 Yanvar 2026 16:52
Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırıldı
23 Yanvar 2026 13:50
“Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi...”
23 Yanvar 2026 12:54
Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
23 Yanvar 2026 12:46
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23 Yanvar 2026 12:44
"Söhbət artımdan yox, kompensasiyadan gedir" - Əli Məsimli
23 Yanvar 2026 12:38
Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər
22 Yanvar 2026 17:41


Bakı -°C

