adalet.az header logo
  • Bakı -°C
28 Fevral 2026 09:56
80
İQTİSADİYYAT
A- A+

"Rəqəmsallaşma ölkənin texnoloji inkişafına təkan verəcək" - İqtisadçı

"Rəqəmsallaşma artıq imic və ya texnoloji dəb çərçivəsini aşaraq iqtisadi modelin əsas dayaqlarından birinə çevrilir".

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, xaricə tez-tez səfər edənlər təsdiq edər ki, inkişaf etmiş hesab olunan bir çox dövlətlərlə müqayisədə Azərbaycanda elektron xidmətlərin əlçatanlığı, dövlət xidmətlərinin inteqrasiyası və rəqəmsal platformaların gündəlik həyata tətbiqi daha çevik və sistemli qurulub.

"Rəqəmsal İnkişaf Şurasının yaradılması isə prosesi növbəti mərhələyə keçirir. Yəni siyasətin mərkəzləşdirilmiş koordinasiyası, süni intellekt, innovasiya sahəsində vahid strateji yanaşma və normativ bazanın təkmilləşdirilməsi kimi məsələləri nəzərdə tuturam. Ümid edirəm ki, bu qərar rəqəmsallaşma prosesini daha planlı, koordinasiyalı edəcək və ölkənin texnoloji inkişafına real təkan verəcək".