İspaniyadan İrana dəstək: ABŞ-a icazə vermədi...
İspaniya hökuməti ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara dəstək verməkdən imtina edərək, ölkə ərazisindəki hərbi bazaların bu məqsədlə istifadəsinə icazə verməyib.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin suverenliyində olan Rota və Moron bazalarının BMT Nizamnaməsinə zidd və ikitərəfli müqavilələrdə nəzərdə tutulmayan əməliyyatlar üçün istifadə olunmayacağını bəyan edib.
Nazir İspaniyanın İrana edilən hücumları pislədiyini xüsusi vurğulayıb.
Madriddən gələn sərt reaksiyadan sonra “FlightRadar24” xidmətinin məlumatına görə, bazar günü İspaniyanın cənubundakı bazalardan ABŞ-yə məxsus 15 hərbi təyyarə havalanaraq ölkəni tərk edib. Onların əksəriyyətinin havada yanacaqdoldurma funksiyasını yerinə yetirən “KC-135 Stratotanker” tipli təyyarələr olduğu bildirilir. Məlumata görə, bu təyyarələrin ən azı 7-si Almaniyadakı “Ramstein” aviabazasına eniş edib, digərləri isə Fransa istiqamətinə yollanıb.
Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar nəticəsində İranda ciddi dağıntılar qeydə alınıb, tərəflər arasında qarşılıqlı raket zərbələri davam edir.
Digər Xəbərlər
02 Mart 2026 20:00
“Ən böyük əməliyyatlar yaxın vaxtda olacaq” - Trampdan İran üçün şok anons
02 Mart 2026 19:51
Bəhreyn İranın 70 raketini VURDU
02 Mart 2026 19:47
ABŞ ilk dəfə İranda yeni raketdən istifadə edib
02 Mart 2026 19:34
Ərdoğan kanslerlə İrandan danışdı: Mənfi təsir göstərir
02 Mart 2026 19:22
Den Keyn: ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulmasını araşdırır
02 Mart 2026 18:50
NATO ABŞ-İsrail əməliyyatına qoşulacaq?
02 Mart 2026 18:41
Pentaqondan İranla bağlı açıqlama - “Ərazidə qoşunumuz yoxdur”
02 Mart 2026 18:14


Bakı -°C

