adalet.az header logo
  • Bakı -°C
27 Fevral 2026 12:20
87
İQTİSADİYYAT
A- A+

Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 %-i tamamlanıb

Zəngəzur dəhlizinə gedən yol olan Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirilməsi 85 %, tikintisi isə 70 % həcmdə tamamlanıb.

Bu barədə Adalet.az-a "Azərbaycxan Dəmir Yolları" QSC-dən məlumat verilib.

"Bu dəmir yolu azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə təkan verməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Türkiyəyə qədər uzanacaq yeni nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq", - məlumatda vurğulanıb.