adalet.az header logo
  • Bakı -°C
02 Mart 2026 18:46
363
GÜNDƏM
A- A+

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - YENİLƏNİB

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Adalet.az xəbər verir ki, 28 fevral 08:00-dan – 2 mart saat 14:00-dək İrandan 370 nəfərin təxliyə olunduğu açıqlanıb.

Onlardan 131 nəfər Azərbaycan, 239 nəfər isə xarici ölkələrin (Çin-81, Rusiya-47, Pakistan – 32, Səudiyyə Ərəbistanı – 18, Tacikistan – 30, BƏƏ – 6, İordaniya – 4, Qətər – 3, Banqladeş – 3, Filippin – 2, Nepal -2, Qazaxıstan -2, Türkiyə - 1, İtaliya–1, Polşa–1, Tunis–1, Livan–1, Hindistan–1, Fransa-2, Braziliya-1) vətəndaşlarıdır.

 

13:12

İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Adalet.az xəbər verir ki, 28 fevral 8.00-dan - 2 mart saat 10-dək İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlanıb.

Bu müddətdə 312 nəfərin keçidi təmin olunub. Onlardan 101-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 211 xarici vətəndaşın (Çin 76, Rusiya – 39, Pakistan – 32, S.Ərəbistanı – 18, Tacikistan – 18

BƏƏ – 6, İordaniya – 4, Qətər – 3, Banqladeş – 3, Fillipin – 2, Nepal – 2, Türkiyə - 1, İtaliya – 1 Polşa – 1, Tunis – 1, Livan – 1, Hindistan – 1, Fransa – 1, Braziliya - 1) keçidinə şərait yaradılıb.