“Bu qərar rəqəmsallaşma prosesini daha planlı və koordinasiyalı edəcək...”
“Rəqəmsallaşma artıq imic və ya texnoloji dəb çərçivəsini aşarasq, iqtisadi modelin əsas dayaqlarından birinə çevrilir. Xaricə tez-tez səfər edənlər yəqin təsdiq edər ki, inkişaf etmiş hesab olunan bir çox dövlətlərlə müqayisədə Azərbaycanda elektron xidmətlərin əlçatanlığı, dövlət xidmətlərinin inteqrasiyası və rəqəmsal platformaların gündəlik həyata tətbiqi daha çevik və sistemli qurulub”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Bu gün imzalanan fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradılması isə prosesi növbəti mərhələyə keçirir. Yəni siyasətin mərkəzləşdirilmiş koordinasiyası, süni intellekt və innovasiya sahəsində vahid strateji yanaşma və normativ bazanın təkmilləşdirilməsi kimi məsələləri nəzərdə tuturam. Ümid edirəm ki, bu qərar rəqəmsallaşma prosesini daha planlı və koordinasiyalı edəcək və ölkənin texnoloji inkişafına real təkan verəcək”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

