Məsələ nədir? Məsələ odur ki, Ərdoğan da Türkiyəni dağıtdı. Dağıdır yox ey, dağıtdı. İndi nə bilim bir milyon adam Ankarada küçələrə çıxıb Türkiyənin dağılmasının qarşısını almaq üçün etiraz nümayişi eləyir, mitinq eləyir, nə bilim neyləyir. Mən də Bakıda televizyonun qarşısında oturub türk qardaşlarımızın bu etiraz mitinqinə baxıb ağlaya-ağlaya gülürəm və ya gülə-gülə ağlayıram. İkisi də eyni zibildi.
Yadıma özümüz düşürük. Qardaş deyilik?! Topxanada bir Armud ağacı kəsmişdilər, daha doğrusu kəsməmişdilər ey, kəsmək istəyirdilər, Azadlıq meydanına bir milyon adam yığılmışdı, tasrağagün Ankaraya yığışan kimi. Bəs torpaq işğal olunanda o bir milyon adam necə oldu?!
Ərdoğan Abdulla Öcalana "sayın" deyir, Bərzaniylə də öpüşür. Bir milyon adam yığışıb Ankaranın meydanlarına və sonra bunun 350 mini də gedib Atatürkün qəbrini ziyarət eləyir. Eyni şeydir.
Genel Kurmay başkanı sayın Böyükanıt televizyon kanallarında sinəsini cırır. Boş şeydir, heç nə edə bilməyəcək. Bir milyon yox ey, 30 milyon da meydana çıxsa heç nə edə bilməyəcək. Özümüzdən bilirəm! Qardaş deyilik?!
Türkiyənin Ana Yasası imkan verir ki, Ərdoğan prezident olsun və olacaq da. Birinci ona görə ki, Türkiyə elə bir cümhuriyyətdir ki, orda Ana Yasa hər şeydən üstündür. İkincisi də ona görə ki, Ərdoğanın arxasında Türkiyəni dağıtmaq istəyən çox böyük qüvvələr var, ABŞ başda olmaqla Fransa, İngiltərə, nə bilim hansı Nəyin Tərəsi ...
Yaşar Böyükanıt çox gec ayılıb. Belə bir məşhur kəlam var":: "Türkün yaşı 60-a qədər qurşaqdan aşağısı, 60-dan sonra qurşaqdan yuxarısı işləyir". Amma bu amerikalı it uşaqları o "Viaqra"nı kəşf eləyəndən sonra türklərin elə ölənə qədər də aşağısı işləyir və işləyəcək. Bu dərmanı türklərə görə kəşf eləyiblər. İndi Yaşar Böyükanıt ABŞ İraqa girəndə İraqa girməliydi! Artıq qarı filan olub, tumanbağı da bağlanıb. İndi hoppanıb-düşməyin elə bir xeyri yoxdur.
Türkiyədə bir Türkeş vardı, Allah rəhmət eləsin. Bir Milliyyətçi Hərəkat Partiyası vardı, bozqurdlar vardı. Türkeş öldü, indi MHP o MHP deyil, adı MHP-di. Necə ki vaxtilə Elçibəyin Xalq Cəbhəsi vardı, indi bu Əli Kərimlinin Xalq Cəbhəsi olub, indi Xalqın cəbhəsi deyil, Əli Kərimlinin cəhbəsidi, MHP də elədi. İndi MHP deyil, Dövlət Baxçalının sıradan bir partiyasıdır. Hərdən boş-boşuna odlu-odlu danışmaqla deyil ha! Bozqurdlar sahibsiz qalıb, ulaya-ulaya qalıb.
Türkiyə ən ağır günlərini yaşayır. Hətta Azərbaycan bu qədər ağır günlər yaşamayıb. Yaşamayıb deyəndə bir az düz çıxmır, yaşayıb. Elçibəy Azərbaycanı bu ağır günlərdən çıxarmaq üçün çarpışıb və sonda Ulu Öndər Heydər Əliyevə üz tutub və Ulu Öndər Heydər Əliyev də gəlib Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan, dağılmaqdan xilas eləyib. Elçibəy Türkeşə daha yaxın idi, yəni əlində elə bir hakimiyyəti olmayıb, hakimiyyəti olmaya-olmaya çarpışıb. Sonra da cəmi 11 aylıq hakimiyyətdə olub, çox qəribədir ki, Türkeş də nə vaxtsa belə bir müddətdə hakimiyyətdə olub. Düzdür, nə cümhur başkanı olub, nə də baş bakan, amma müəyyən hakimiyyəti olub. İndi Türkiyənin, ümumiyyətlə, Elçibəyi yoxdur, Türkiyə də Elçibəyin Xalq Cəbhəsi kimi bölünüb isaqəmbərlərə, əlikərimlilərə, isgəndərhəmidovlara, etibarməmmədovlara və sair və ilaxır. Türkiyənin Heydər Əliyevi isə ümumiyyətlə, yoxdur. Hər millətin tarixinə Atatürk, Heydər Əliyev 10-15 ildən bir düşmür, əsrdən, iki əsrdən bir düşür.
Yaşar Böyükanıt bu missiyanı öz üzərinə götürə bilər. Buna qüdrəti də çatır, ağlı da, qabiliyyəti də. Bəs nəyi çatmır? Atatürk kimi, Heydər Əliyev kimi sərtliyi və qətiyyəti. Necə ki Elçibəyə Allah hər şeyi vermişdi, bu ikisindən başqa.
Və dostlar, Türkiyə olmasa biz hamımız ayaq altda qalacağıq!
Sayın Yaşar Böyükanıt, nə Amerikanı fikirləş, nə Avropanı, nə Avropa Birliyini, nə Avropa Şurasını, nə də ATƏT-i, bizləri fikirləş! Türkiyəni və türkləri fikirləş! Tanrı Sənə Atatürk olmaq, Heydər Əliyev olmaq imkanı verib. Bu imkanı əldən buraxma! Bu imkanı əldən buraxsan, səninlə mənim bircə fərqim olacaq. Mən heç olmasa beş-on əsərin müəllifi kimi qalacam, sən qalmayacaqsan.
Və özü də bunu tarixdə mənim kimi şöhrət xatirinə qalmaq üçün etmə, Türkiyə və bütün dünya türkləri üçün et!
Sayın Böyükanıt, Türkiyə bu gün 1918-ci ili yaşayır. Dağılıb, onu bircə Siz yığa bilərsiniz!