07 Avqust 2025 09:13
96
DÜNYA

Zelenski: Rusiya indi atəşkəsə daha çox meyillidir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəs əldə etməyə daha çox meyilli olduğunu göstərib.

Adalet.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

O, Uitkoffun Moskvaya səfərindən sonra ABŞ Prezidenti Donald Trampla danışdığını xatırladıb:

“Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyillidir. Onlara təzyiqlər işləyir. Amma əsas odur ki, bizi və ya aldatmasınlar”, - Zelenski vurğulayıb.

Həmçinin, prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşlarına ümumi mövqe və ümumi baxışı əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib.