adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 May 2019 14:53
36426
ƏDƏBİYYAT

QƏZA VƏ QƏDƏR VƏ YA ALIN YAZISI


«Qədər»sözünün ərəbcə lüğəti mənası ölçmək, biçmək, təqdir etmək, müəy­yən hissələrəayırıb hər kəsə qismətini ver­mək, planlaşdırmaq deməkdir. Qədər – Allahu-təaləninəzəldən əbədə qədər olan və olacaq yaxşı və pis hər şeyin başvermə zamanını,yerini və xüsusiyyətlərini əzəldən bilib yaz­masıdır. Qəza isə həmin yazı vəlayihələrin zamanı gəlincə həyata keçi­rilməsidir. Astrofizika və super kompüterlərin inkişafı da təsdiqedir ki, atomlardan qalaktikaya qədər kainat­dakı hər varlıq yaradılışı ilə birlikdə proqram­laşdırılıb. İlahi elmdəisə bu, o deməkdir ki, hər şeyin aqibəti Allah dərgahında olan Lövhi-Məhfuzdaqabaqcadan təyin və təsbit olunub. «Həqiqətən ölüləri dirildən, onların nəetmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb,Lövhi-Məhfuzda təsbit etmişik» (Yəsin, 12)».

Kainatdakı sonsuz əşya və hadisələr, onlarınbaşgicəlləndirici müxtəlifliyi və zahirən aldadıcı xaoslu hərəkətləri əslindətəsadüf­lər­dən tam uzaq olan ilahi elm və qüdrət ilə yaradılıbdır. Bu plan vəlayihə isə bir nizam içində, o nizam dabir mizan (ölçü) içində, o da bir tənzim içində, o da bir təvzin (bölünmə,paylaşma) içində, o da bir sənət içində, o da bir gözəl yaradılış içindədir.Məs., toxum qədər vasitəsilə ondan əmələ gələcək ağacın bütün həyatını özündəəks etdirən sehirli sandıqçadır. Hər bir toxum məhz qədərin ona biçdiyi mənəvibir paltarla (yazı ilə) surət və şəkil alıb maddiləşir və ağac olaraq kölgəsi,çiçəyi, meyvəsi ilə gözləri oxşayır. Bəşər həyatında isə həmin sehirli sandıqçarolunu nütfə görür. Belə ki, o bir damla sudainsanın ölümünə qədər bütün həyatı şifrələnibdir.

Qədərə inam qeyb aləminə məxsus olduğu üçün onu elm vəəməllə yox, vicdan və hal ilə duymaq olar. Qəza və qədərə hər kəs özsəviyyəsinə görə inanır. Zira Allah barədə bəndə mə­ri­fəti və bəndə-Allahmünasibətləri müxtəlif insan­lardamüxtəlifdir. Qəza və qədərə inanmaqxeyir və şərin Allahdan olduğuna iman etmək deməkdir. Təbiət etibarilətəkəbbürlü olan insan, «Mən etdim, mən düzüb qoşdum» deyərkən, ilahi yazı(qədər) onun səsini kəsib deyər: «Sizi də, sizin düzəltdiklərinizi də Allahyaratmışdır!» (Şəffat, 96). Öz ilahi elm və iradəsinin cüzi hissəsini insanabəxş edən Rəbb, təkəbbür sahibinə sanki belə deyir: «Həddini bil! Mən iradəmin kölgəsindən sizin hər birinizə yalnız birzərrə vermişəm. İfrata varsanız, yaxanızdan tutub sizi cəzalandıraram. YaradanMənəm». Lakin inadkar və qafil insan Rəbbin: «(Ey insan!) Sənə yetişən hərbir yaxşılıq Allahdandır, sənə üz verən pislik isə özündəndir» (Nisə, 79)kəlamına istinad edərək, deyər: «Əgərməni də, mənim etdiklərimi də yaradan Allahdırsa və O istəməsə mən edəbilmərəm, deməli, mən qədərin proqramlaşdırdığı bir robotam. Və etdikləriminmənə nə dəxli vardır ki, həmin işlərdə məsul və günahkar olam?» Bu zamaninadkar bəndəyə deyilər: «Xeyr,məsulsan. Çünki sənə canlıların heç birinə verilməyən ağıl, iradə, əzm, səy,halalı haramdan, yaxşını pisdən ayırd etmək qabiliyyəti verilib».

Göründüyü kimi, qəza və qədər çoxlarının onun mahiyyətiniyanlış anlaması səbəbindən bu gün dəaktual və vacib olan mövzulardan biridir. Zira buna səbəb «Sizi də, sizin düzəltdiklərinizi də yaradan Allahdır» ayəsi ilə «Hər bir yaxşılıq Allahdan, pislik isəinsandandır» ayəsinin ilk baxışda, zahiri görünüşcə bir-birinə ziddolmasıdır. Rəbb kəlamlarındakı bu ilahihikməti açıqlamağa cəhd edənlərin səyi nəticəsində VII əsrdə İslamda ikicərəyan əmələ gəldi. Bunlardan biri qədərilər, yəni insanın azad iradə sahibikimi faili muxtar olmasını iddia edənlərdir. Həmin cərəyanın əksi olan cəbrilərisə, şəksiz alın yazısının tərəfdarları, yəni iradə azadlığının əleyhdarlarıidilər. İnsan iradəsini nəzərə almayanlar öz əməl və günahlarını qədərəyükləyərək, «Fələk, zalım fələk, qədərimin oyunu, yazım belə imiş» deməklə,onlara üz verən müsibətlərdən sonra aktiv həyat tərzini – iradəsini səfərbəretməyi unudanlardır. Öz iradə və «mənəmliyinə» ümid edib, qəza və qədərinAllahdan olduğunu nəzərə almayanlar da, «mən hər şey etdim, fəqət alınmadı,daha yaşamağın nə mənası» deyib, ümidsizliyə düşənlərdir. Halbuki qəza və qədərmövzusunun açılışında tərəzinin birgözündə insana verilən iradə (sözsüz ki, ağılla birlikdə), digər gözündə isəqədər olmalıdır. Başqa sözlə, bəla və müsibətlərə uğrayan insan, «qədərim beləimiş. Yəqin, mənim bilmədiyim bir hikmət və ya günahım var ki, Allah məni əhlidünya vasitəsilə imtahan edir və ya cəzalandırır» - deməli və sonra da gələcəkişləri üçün iradə və ağlını səfərbər etməlidir. Bu zaman o, həmin bəlanınAllahdan gəldiyini qəbul edib, yenə də Ona ümid edib, Ona sığınıb və Onayalvarmalıdır. İradə və qədər tərəzisində tarazlıqda olan insan, baş verənbəlaların onun üçün bir kəffarə və əfvsəbəbi olduğunu düşünüb, səbr və mətanət nümunəsi göstərməlidir. Ziradeyilib: «Qədərə iman edən, kədərdənəmin olar».

Mahiyyətinə görə qədər iki növdür. 1.İnsan iradəsininiştirakı olmadan kainatdakı ümumi qədər və yaratma. İradə sahibi olmayan varlıqlar üçün bu bir «mütləq cəbrilikdir».Və o, tamamilə Allaha aid olan qədərdir. Allah mülkün sahibidir və mülkündəistədiyi kimi hökmranlıq edir. O, mütləq faili-muxtardır, nəyi isətəsə onuedər. Lakin Allah mütləq mənada, həm də Adil Hakimdir. «Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz. Lakin insanlarözləri-özlərinə zülm edərlər» (Yunus, 44). Kainat və onuniçindəkilərinin insan iradəsindən asılıolmayaraq yaradılmasında məqsəd, onların yalnız bəşərə xidməti üçündür. Hava, Günəş,külək, Yer, Ay, ulduzlar, nəbatət, heyvanat və s. və i. varlıqlar insaniradəsindən asılı olmayaraq, onun xeyrinə işləyir və ona qulluq edirlər. 2.Allahın insanın iradəsini nəzərə alıb yazdığı əmrlər. Bu qədərdə «mütləqcəbrilik» yox, «şərti cəbrilik» vardır. İnsanın çalışması, necə yaşaması,ibadəti, yaxşı işlər görüb, pislikdən çəkinməsi və s. kimi.

Göründüyü kimi, Allah insanmüdaxiləsi olmadan kainatda cərəyan edən hadisələri də, insanın iradəsininəzərə alaraq əmr etdiyi hadisələri də, insanın yaxşı yaşaması üçün yaradıb.Fəqət ikinci qədərdə insanın bəzi əməllərindən Onun xoşu gələr, bəzilərindənisə xoşu gəlməz. «Allah fəsad və zülmüsevməz» (Bəqərə, 205). Lakin əgər insan ona lütvedilən cüzi iradəsi ilə pis işlər görərsə, bu iş Allahın xoşuna gəlməsə də, O,bu işi yaradar. Əks halda, ağlın və iradənin insana verilməsinin heç birhikməti olmazdı. Deməli, Allah bizim əl-qolumuzu bağlamayıb, bizə sərbəstlik,iman, elm verməklə yanaşı, onları reallaş­dır­maq üçün xüsusi bir icramexanizmi də verib ki, onun da adı cüzi iradədir.

İnsan öz felinin failidr. O felin xaliqi isə Allahdır.Yəni xeyri də, şəri də görən bəndə, onları yaradan isə Allahdır. Şəri yaratmaqşər deyil, şər iş görmək şərdir. Çünki aləmdə Allahdan başqa yaradıcı yoxdur.Fəqət Onun şəri yaratmağa rizası da yoxdur. Şər, bəndə istədiyi üçün (məs.,məişətdə işimizi asanlaşdıran bıçaq qatil əlində şər alətinə çevrilir) və yabir imtahan və müqayisə üçün yaradılır. Hətta bəzən, «Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görə olur» (həz.Məhəmməd). Allah bəzən sevdiyi şəxsi sınamaq üçün ona bəlalar göndərər. Qul buimtahana riza göstərərsə, Allah da ondan razı qalar. Ümumiyyətlə, insan iradəsiilə şər iş görməzsə, Allah da şəri yaratmaz. Əlbəttə, sonda nəyin xeyir, nəyinşər olduğunu yalnız Allah bilir. «Bəzənxoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizinüçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz» (Bəqərə, 216).

Bildiyimiz kimi, Qurani-Kərim də daxil olmaqla, bütünsəmavi kitabların əsli, orijinalı Allah dərgahında olan Ana Kitabda –Lövhi-Məhfuzdadır. Lakin Allahın yerdəki xəlifəsi olan hər bir insanın keçmişvə gələcəyinə aid bütün əməlləri, onların taleyi də həmin kitabda qabaqcadanyazılıb. Və bu yazıya pozu da yoxdur. «Deki: «Allahın bizim üçün (Lövhi-Məhfuzda) yazdığından başqa, bizə heç bir şey üz verməz» (Tövbə, 51).

İnsan dünyayagələn kimi, onun taleyinə aid yazıların bir nüsxəsi Ana Kitabdan çıxarılaraqonun boynundan asılar. Və insan həmin yazılı mənəvi lövhəni ömrünün axırınaqədər boynunda gəzdirər. «Biz hər bir insanın əməlini onun boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitabkimi qarşısına qoyarıq. (Və ona belə deyərik): «Oxu kitabını (əməl dəftərini).Bu gün sən özün-özünə haqq-hesab çəkməyə (özün öz əməllərinin şahidi olmağa)kifayətsən!» (İsra, 13-14).

Allah Ədl sifətilə mütləq ədalətin sahibidir. O,inadkar, tərs, təkəbbürlü, qafil insanın: «Mən bu işləri görməmişəm. Bu mənəqarşı böhtan, təxribat və yalandır» deməməsi üçün, iki mələyə tapşırır ki, hər bir insanın gördüyüyaxşı və pis əməlləri ayrıca dəftərə yazsınlar. Və bu iş insan dünyaya gələndənölənə qədər davam etdirilər. «(Ya Peyğəmbər!) O gün hər ümməti diz çökmüşgörəcəksən). (Onlara belə deyiləcək): «Bu gün sizə (dünyada) etdiyinizəməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcək! Bu Bizim kitabımızdır (sizinəməl dəftərinizdir). O, sizin əleyhinizə haqqı deyər. Biz siz etdiyinizəməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!» (Cəsiyə, 28-29). Qiyamətdəkisorğu-sualda isə Allahın hər bir insanın taleyi barədə yazdığı yazı ilə,mələklərin həmin insanların praktik əməlləri əsasında yazdıqları yazı arasındaheç bir fərq olmaz. Başqa sözlə, hadisələri Alim sifətilə qabaqcadan yazanAllahın yazısı (nəzəriyyə) ilə, insanın ömrü boyu felən nə etdiyini göstərənyazı (praktika) arasında zərrə qədər fərq olmaz. Artıq bu zaman inadkar və tərsinsanın Haqq məhkəməsinə qarşı heç bir etirazı da olmaz. Bax, bu durumdabəndənin Hakimi də, Vəkili də Allah olar.

İnsan Lövhi-Məhfuzda qabaqcadan yazıldığı üçünmüməcbur qalıb ona uyğun hərəkət edir? Əsla yox! Allah insanın iradəsilə dünyadanə edəcəyini öncədən bilir. Və bildiklərini yazır. Həmin yazı, yəni qədərinsanı zorlamır. Bu çox incə və həssas məqamda aşağıdakıları qeyd etmək çoxvacibdir: a) Allah sonsuz elmi ilə insanın nə edəcəyini öncədən bilib, onlarıLövhi-Məhfuzda (Allah dərgahında saxlanılan, mühafizə edilən mənəvi kitab) – bəbircaislə, "Ana kompüter”də yazır. O, bu yazının bir nüsxəsini bəndəsininboynundan asır; b) İnsan da bu nüsxədə yazılanlardan xəbəri olmadan öz iradəsiilə yazalınları icra edir; v) Allah insanın etdiklərini yaradır, hətta bəzənhəmin əməllərdən xoşu gəlməsə belə; q) Mələklər də bəndənin öz iradəsilə etdiyiəməlləri yazaraq, onu axirətdə insana verib deyərlər: «Oxu əməl dəftərini».

Göründüyü kimi, Alləhu-təala iradəmizi hansıistiqamətə (pis və ya yaxşı) yönəldəcəyimiziqabaqcadan bildiyi üçün qədərimizi (alın yazımız) də ona müvafiq yazır.Məs., Günəş və Ay tutulmaları qabaqcadan bilinib təqvim və elmi məqalələrdəsaat və dəqiqəsilə yazıldığı kimi. Sual olunur: Günəş və Ayın tutulmasıqabaqcadan yazıldığı üçünmü baş verir? Xeyr! Bu hadisə ona görə baş vermir.Onların tutulacağı elm vasitəsilə bilindiyi üçün qabaqcadan yazılır, qeydolunur. Yəni Ay və Günəşin tutulması barədə yazı olmasaydı da, onlartutulacaqdı. Sadəcə, insan elm vasitəsilə bunu bilib, qeyd edir. Mütləq elmsahibi olan Allah da insanın nə edəcəyini qabaqcadan bildiyi üçün, onu qədərkitabında yazır. Fəqət insan qədərdə yazıldığına görə bu işi etmir. Haşə, Allahonu yazmasaydı da, insan həmin əməli edəcəkdi.

İnsan pis və yaxşı işləri qədərlə yox, iradəsiləgörür. Məlumdur ki, vicdan yalan demir. Çünki o, Allahın dəlili və şahididir.İnsan qədərlə (alın yazısı) əli-qolu bağlı olsaydı, pis əməllərdən peşimançılıqçəkərdimi? Əgər Allah insana iradə sərbəstliyi verdikdən sonra, həmin iradəniqədərlə boğsaydı, o nə dərəcədə ədalətli və demokratik Məbud olardı (Haşə)?Məgər oturmaq, durmaq, işləmək və s. işlərə bizi kimsə məcbur edirmi? Əsla yox.Çünki heç birimiz robot, oynadılan kuklalar deyilik. Nə ediriksə, öz iradə vəağlımızla edirik. İnsanı cinayətə sövq edən işləri məgər alın yazısımı edir?Əgər bunu qədər etsəydi, onda Quran şəhidlik, din və bayraq uğrunda mücadilə,həşr, cihad, mübarizə, ədalət məh­kə­mə­sini təbliğ edib, cənnət və cəhənnəmbarədə məlumat verər­dimi? Əgər günah və cinayətləri qədər etsəydi, onda insanəməlinə görə məsuliyyət daşımazdı. Şübhəsiz ki, o zaman nə hökumət, nə məhkəmə,nə də polisə ehtiyac duyulardı. Belə olsaydı, Allahu-təala insana iradə və ağlıverərdimi və bəşəri yaratmağa lüzum görərdimi? Əlbəttə yox! İnsanı heyvandan fərqləndirən cəhətlərdən biri də ona ağılvə iradənin verilməsidir. Elə isə ağıl, idrak, düşüncə, iradə, səy və cəhdinqiymətini verməmək və onları təyinatına görə işlətməmək dəlillik vəiradəsizliyin özü olmaz­dımı? İnsan külək aparan saman çöpü də deyil. O, Allahın xəlifəsidir.Deməli, gördüyümüz işləri Allah yox, öz iradəmizlə özümüz edirik. Allah isə,iradəmizə uyğun həmin işlərin yaradıcısıdır. Unutmamalı ki, pisliyi, haramıistəmək və icra etmək şər işdirsə, o şəri yaratmaq şər deyil. Çünki yaratmabəndənin istəyinə görə edilir.

«Aləmlərin Rəbbi olan Allah istəməzsə, siz də istəyə bilməyə­cək­siniz» (Təkvir, 29) ayəsinin zahirinəuyanlar təəssüf ki, insanı qədərin zorlayıcı qurbanı hesab edirlər. Əslindəisə, bu ayə ilə Allah buyurub ki, bütün insanlar həmişə Onun qüdrəti, hökmü vəiradəsi altındadır. O, bəndəyə bir şeyi istəməyincə, bəndə o şeyi özü istəyəbilməz. Fəqət öz külli iradəsindən cüzi iradəni quluna bağışlayan Allah, bəzəninsanlara bir imtahan, müqayisə, kəffarə və ibrət olsun deyə, bəndənin istəyiniqəbul edib, ümumi inkişaf naminə şəri də yaradır.

«Hər şey ziddi ilə tanınır». Məs. xəstəlikolmasa sağlam­lığın həqiqi qiyməti, qaranlıq olmasa işığın dəyəri, pislikolmasa yaxşılığın savabı bilinməz və s. və i. «İnsana çalışdığından başqa yoxdur» – ayəsinin zahirinə uyanlarisə, alın yazısını qəbul etməyib, qəza və qədəri insana şamil edirlər. Həqiqiqədər isə bu iki səhv anlayışınortasındadır. Yəni bütün kainat və insan həyatı bir qədər qələmi ilə yazıldığıkimi, Allahın yaratdığı müstəsna varlıq olan insan da meyl, niyyət, düşüncə,mühakimə, qərarvermə, əməletmə kimi dəyərləri ehtiva edən cüzi iradə və istəyəsahibdir. Elə Quranın «oxuyun, yazın,düşünün, Allahdan istəyin, Allah yolunda mücadilə edin» və s. kəlamları da məhzbu cüzi iradənin düzgün istiqamətləndirilməsilə həyata keçirilir. Qulun iradəkəsbi ilə Allahın yaratması arasındakıbu əlaqə Quranda belə təsbit olunub: «Əgərsiz Allaha yardım etsəniz, Allah da sizə yardımedər (Məhəmməd, 7), «Hərhansı tayfa öz tövrünü dəyişmədikcə, Allah onun tövrünü dəyişməz» (Rad, 11)

Nəticə

1.Kainatda ilahi bir qədər və proqramhakimdir. İnsana da bir iradəvə meyl verilibdir.

2. Allah sonsuz elm sahibi olduğu üçün keçmiş, indiki və gələcək zamanı(əzəldən əbədə) bir nöqtə kimi görür və bilir.

3. Allah gələcəkdə baş verəcək hadisələri Ana Kitabda (Lövhi-Məhfuzda)yazıb.

4. Bəndə əməlini Allahın yazdığına görə etmir. Allah bəndənin iradəsiniharaya yönəldəcəyini qabaqcadan bildiyi üçün onun qədərini yazır.

5. Allah insana onun şah damarından da yaxındır. Zira məmulatı, onuyaradandan artıq heç kim tanıya bilməz. Qəza və qədərə inam Allahın Alim,Qadir, Xaliq sifətlərinə inamdır.

6. İnsan, iradəsinin xaricində olan qədərə görə yox, iradəsi daxilindəkiqədərə görə sorumludur, məsuldur.

Kainatda "Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi işləmir. İnsan dadaxil olmaqla kainatın Sahibi var. Həmin sahibdən «Allahın qəzasına razıolmayan və Allahın qədərinə inanmayan kimsə, özünə Allahdan başqa iləhaxtarsın» (Peyğəmbər (ə)). Bu kəlam işığında biz də deyirik:Allahın tərbiyəsindən, hökmündən,icraatından, inayət və rəhmətindən, qüdrət və hikmətindən, din olaraq İslamdanvə Peyğəmbər (ə)-dən razıyıq və məmnunuq. Rəbbin qəzasına razı, qədərinə də inanırıq. «Nərin (atəşin) də xoş, nurun da xoş, qəhrin də xoş, lütfün də xoş».

P.S.Qəza və qədərə razıolmaq iradə və istəyə əks olsaydı, dua etməkəmr olunmazdı.