adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2019 17:50
37260
ƏDƏBİYYAT

Qəşəm İsabəyli: DUQQU

Bir dəfə yaşlı dostlarımdan biri dedi, atam gedibbir

qoduq alıb gətirib, atdı həyətə. Adını qoyduq "Duqqu”...

Duqqu elə azarlayıb... "can-can!” deyirəm,

Ot qoyuram, su qoyuram,dilini vurmur.

Qara qoçu gündə yüz yolqurban deyirəm,

Əlamanda gözləyirəm,ayağa durmur.

Duqqu məni dərdə salıb,kövrəlmişəm mən,

İraq-iraq, ölsə-itsə,çətin dözərəm!

Keçəmmirəm otladığıçöldən-çəməndən,

Tək sağalsın, pay-piyadadüşüb gəzərəm!

Toplan yazıq ayrılammıryanından bir an,

Zingildəyir,yatıb-qalxır, çömbəlir yerə.

Yal tökürəm, çağırıram,çıxmır axurdan,

Qorxuram ki, dəli ola,düşə çöllərə.

Allah səni amanındasaxlasın, oğlum,

Göz dolusu görəsən ey…sən bu aləmi!

Nə olubsa, qurban olum,özümə olub,

Qardaş, çalış, ürəyinəsalma bu qəmi!

Dünən gecə Duqqu öldü,bəli, mən yetim…

Göz yumdummu, görürəm ki,minib çapıram.

Özüm yana, ovundurabilmirəm iti,

Yoxa çıxır, qəbri üstəgedib tapıram.

Eh! Yadıma gəlib düşürmin bir oyunu,

Eh! Görərdin, hərdən gönüverməyir işə!

Ayda bir yol Axtaçıyaminərdim onu,

Vaxt olub ki, Türkədiyəsürüb getmişəm!

Sən atanı gəl qınama heçnahaq yerə,

Axşam-sabah çöl-çəmənəyolum düşəndə,

Paxıllığım tutur, bala,yad eşşəklərə;

İllah da ki, anqırışıb-gəmirişəndə!

Körpə uşaq kimiyəm ki,qalmayıb dözüm,

Ana gərək, bacı gərək,məni ağlasın!

Palanını gizləmişəm,görməsin gözüm,

Noxtasını vermişəm ki, nənənsaxlasın!

Anan məndən sirr soruşub,qardaş, danmışam,

Canın üçün, qaçıb-gedibona demişəm.

Arvad məndən tərif umub,qızırğanmışam,

Amma ona gündə yüz yol"Sona” demişəm!

Bir də mənə belə yoldaşkim olacaq, kim?!

İlan kimi dırmaşardı ənsərt dikləri.

Duqqu məni vurdu yerə…göylə gedirdim!

Halal-halal xoşu olsunyedirtdiklərim!

İndi min cür təsəlli dəbaşıma batmır,

Pəhə-pəhlə dəfn elədik,bir çala qazıb.

Həmyət dedi: "Bəxtəvərinmollası çatmır!”

Abdulbağı dedi: "Bir dəmeyit namazı!”

Bəxtəvərlik oxuyurlar,bəxtəvərə bax,

Gözüm dolur, baxammıram,dizə çıxır göy.

Otdan qalıb, sudan qalıb,demirlər ancaq!..

De-mir-lər ki… Duq-quyox-du…

Ö-ö-ö-ö-öhö-ö-öööö-ö…