Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah məhkəmə zalında həbs olundu
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova yenidən hakim qarşısına çıxarılıb.
Adalet.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan prosesdə barəsində həbs olmayan qərimkan tədbiri seçilən həkim barədə qərar dəyişdirilərək həbs qətimkan tədbiri seçilib.
Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub.
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.
Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ülviyyə İlyasova barədə Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf-zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət versələrdə Bakı Appelyasiya Məhkəməsi bunu qismən təmin edib və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.
Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.
Daha sonra Bakı Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək Bakı Appelyasiya Məhkəməsinin qərarı ləgv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.
Zərərçəkən tərəf Ülviyyə İlyasovanin cəzasının dahada ağırlaşdırılması tələbini ortaya qoymuşdu./Unikal
Digər Xəbərlər
08 Aprel 2026 12:09
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
08 Aprel 2026 10:40
Qanunsuz silahlar aşkarlandı
07 Aprel 2026 11:28
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - VİDEO
07 Aprel 2026 10:18
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
06 Aprel 2026 12:55
"Kivi" yükündə külli miqdarda narkotik vasitə aşkarlandı
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56
"Yaralı halda yarım saat kömək istəyib" - Dəhşətli qətlin detalları - VİDEO
02 Aprel 2026 11:11


Bakı -°C

