Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - VİDEO
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Rayon ərazisində keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov saxlanılıblar.
Adalet.az xəbər verir ki, onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
07 Aprel 2026 10:18
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
06 Aprel 2026 12:55
"Kivi" yükündə külli miqdarda narkotik vasitə aşkarlandı
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56


Bakı -°C

