adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 13:45
79
DÜNYA
A- A+

İranda partlayışlar olub

İran və ABŞ arasında atəşkəs elan edildikdən sonra İranın cənubundakı neft emalı zavodunda səbəbi məlum olmayan bir neçə partlayış baş verib.

Adalet.az xəbər verir ki, bu barədə  "Mehr" agentliyi məlumat yayıb. 

"Bu səhər atəşkəs əldə edildikdən sonra Lavan adasındakı neft emalı zavodunda bir neçə partlayış baş verib, bu partlayışların mənbəyi məlum deyil", - məlumatda qeyd olunub.