"Kivi" yükündə külli miqdarda narkotik vasitə aşkarlandı
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Adalet.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, “Cənib-Astara” gömrük postunda “kivi” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsindəki “kivi” yükünün içərisindən xüsusi üsullarla qablaşdırılan və gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 63 kiloqram 790 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
13 Aprel 2026 17:15
İki xalaqızının DƏHŞƏTLİ QƏTLİNİN TƏFƏRRÜATI - VİDEO
13 Aprel 2026 10:13
Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı
11 Aprel 2026 18:13
Masazırda 2 qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
10 Aprel 2026 17:16


Bakı -°C

