QAN ALDIRMAQ MƏQAMLARI

44601 | 2007-07-04 03:47
Bəzən insanlar hansısa zəruriyyətdən qan dəyişdirmək, qan aldırmaq, hətta qan vermək məcburiyyətində qalırlar. Təəssüflər olsun ki, bir çoxları bunun xeyirli tərəflərini bilməklə yanaşı, zərərli tərəflərinin də olduğundan xəbərsizdirlər. Şərqdə Əflatun adı ilə tanınmış qədim yunan filosofu Platon (e.ə.428/7-348/7-ci illər), fəlsəfədə ideolist nəzəriyyəsinin yaradıcısı, həmçinin Afinadakı Platon Akademiyasının banisi göstərir ki, qan aldırmanın, dəyişmənin və yaxud da qan vermənin günləri, məqamları var.
   
   Hər ayın 1-dən 15-dək qan aldırmaq təhlükəsizdir. Sadəcə olaraq bir çox amillərə diqqət yetirilməli və həmin şəxs öz orqanizmində olan xəstəlikləri nəzər almalıdır.
   
   16-da - o şəxsdə çiban varsa mütləq keçər.
   
   17-18-də - o şəxs 1 il ərzində xəstəlik nədir bilməz.
   
   19-da - iflicdən xilas olar və yaxud belə bir xəstəlik əsla onu tutmaz.
   
   20-də - baş ağrılarından əziyyət çəkirsə ağrı tamamilə yox olar.
   
   21-i - ürək oynaması və ağrıları, eyni zamanda təngnəfəslik yox olar.
   
   23-ü - göz nurlanar, görmə yaxşılaşar.
   
   24-ü - vəzlər, şişlər, həmçinin qızdırmalar, tərləmələr yox olar.
   
   25-i - əqli zəif olan şəxslərə xeyri olar və zirəklik gətirər.
   
   26-sı - özünə güvənc hissi yaranar, qorxu nədir bilməz.
   
   27-si - təşvişlərdən, narahatçılıqlardan, səksənmələrdən xilas olar.
   
   28-i - bədəni təravətlənər, eyni zamanda özünü qüvvətli hiss edər.
   
   29, 30, 31-də əsla qan aldırmazlar. Bunun ziyanı var.
   
   "Təbabətnamə"də isə göstərlir ki, soyuq havalarda qan aldırmaq olmaz. 1 yaşından 14 yaşınadək olan şəxslərdən qan almaq düzgün deyil. Bu yaş kateqoriyasına mənsub olan şəxslərdə qan dəyişdirmək hansısa zərurətdən irəli gəlsə o, mütləq həkim nəzarətində olmalıdır. Qan aldırmaq gündoğandan günbatana qədər yerinə yetirilməlidir. Hamilə qadın qan aldırmamalıdır. Əks təqdirdə bu, həm onlar üçün, həm də bətnlərində daşıdıqları körpə üçün zərərli olar. Qan verdikdən, qan aldırdıqdan sonra vanna qəbul etmək qadağandır. Yaz vaxtı qanla bağlı problemlərin həll edilməsi daha məqsədəuyğundur. Qan aldırdıqdan, verdikdən, dəyişdirdikdən sonra zəiflik baş verir. Ona görə də həmin şəxslər qoyun əti ilə bişirilmiş, eyni zamanda duzlu yeməklər yeməlidirlər. Mümkün olduqca çox maye qəbul etməlidirlər. Əgər həmin vaxt hazır yemək yoxdursa onda iki ədəd soyutma yumurta yeyib üstündən 1-2 şəkərli şərbət içməlidirlər.
   
   Kiçik yaşlı uşaqlar kimi yaşlı kişi və qadınlardan da qan aldırmaq olmaz. Bu, onların həyatlarına son qoya bilər.
   
   Bir çox xəstəlikləri və narahatçılıqları aradan qaldırmaq üçün mütləq qan aldırmaq lazım gəlir. Məsələn, qulaq içində olan damardan qan almaq başda olan soyuqdəyməni və dalaqdan çəkilən əziyyəti aradan qaldırar.
   
   İki dodağın orta yerində çox da gözə görünməyən damar var ki, ona əş-şəfteyin deyilir. Əgər həmin hissədən qan alsalar dodaq uçuqlamalarının, çatının qarşısı alınar, dişlərin ətini möhkəm edər. Dişlərdən qan aldırmaq çürümənin qarşısını alar.
   
   Alın nayihəsindən qan aldırmaq qaymaritin qarşısını alır. Yaz vaxtı ayaq damarlarından qan aldırmaq revmatizmi (qızıl yeli) yox edər.
   
   Yaz qabağı qan dəyişdirmək insan orqanizminə çox xeyirlidir. Məsləhətdir ki, bu proses 10-20-gün arasında aparılsın. Bu, qan dövranını, ürək döyüntülərini tənzimləyərək bədəndəki mikrobların təmizlənməsində çox önəmlidir. Həmçinin, bədən əlavə enerji götürür, əhval-ruhiyyə düzəlir, yüngüllük hiss edilir.
   
   

TƏQVİM / ARXİV