adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 16:32
79
DÜNYA
A- A+

Putin Ərdoğanla sülhü müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. 

Adalet.az xəbər verir ki, bu  barədə TASS məlumat yayıb. 

Tərəflərin Ukrayna məsələsini də müzakirə etdiyi vurğulanır.

"Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Amerikanın sülh yolu ilə nizamlanma təklifləri kontekstində fikir mübadiləsi aparılıb. Vladimir Putin qeyd edib ki, bu təkliflər nəzərdən keçirdiyimiz variantda Alyaskada Rusiya-Amerika sammitində aparılan müzakirələrə uyğundur və prinsipcə, yekun sülh nizamlanması üçün əsas yarada bilər", - məlumatda deyilir.

Danışıqlar zamanı Putin və Ərdoğan müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.