Prezidentə pakistanlı həmkarından Zəfər Günü MƏKTUBU
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Bu tarixi hadisə Azərbaycan xalqının öz Vətəninin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək uğrunda göstərdiyi fədakarlığı, əzmkarlığı və birliyi təcəssüm etdirir. Azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı istiqamətində qazanılan mühüm nailiyyətlər Azərbaycanın öz xalqı üçün sülh və rifah dolu gələcəyin təmin edilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirir.
Pakistan Azərbaycanla qarşılıqlı etimada, ortaq dəyərlərə və bir-birinə davamlı dəstəyə əsaslanan uzunmüddətli qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Əminəm ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirdikcə, habelə regional sülh, sabitlik və rifah kimi ortaq məqsədlərimizə doğru birgə çalışdıqca ölkələrimiz arasında dostluq və qardaşlıq bağları daha da möhkəmlənməkdə davam edəcəkdir.
Bu əlamətdar gün münasibətilə Pakistanın Azərbaycanla sıx dostluq və həmrəyliyini bir daha təsdiq edir, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı ilə bağlı ən səmimi diləklərimi çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Digər Xəbərlər
04 Noyabr 2026 17:02
Baş nazir 4 ölkənin rəsmiləri ilə görüşdü
04 Noyabr 2026 16:11
Salman bin Əbdüləzizdən Prezidentə TƏBRİK
04 Noyabr 2026 13:04
Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisə təqdim olunub
04 Noyabr 2026 11:39
“Paşinyan Ermənistan tarixində hakimiyyətdə olan ən ağıllı liderdir”
04 Noyabr 2026 11:00
Nazir Milli Məclisə gəldi - Büdcə müzakirə olunur
04 Noyabr 2026 10:22
“Putin Donald Trampı dinləsə də, Donbasın işğalı fikrindən vaz keçməyəcək...”
03 Noyabr 2026 19:45
“Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq"
03 Noyabr 2026 19:35


Bakı -°C

