Priqojinin müəmmalı ölümü - Rüstəm Hacıyev yazır 

RÜSTƏM HACIYEV
1225 | 2023-08-24 12:07

Polşa “Vaqner”dən yenə ehtiyat edir

Priqojinin təyyarə qəzasında ölməsindən sonra da Polşa onun yaradıcısı olduğu muzdlu əsgərlərdən ibarət silahlı qruplaşmasından ölkələri üçün təhlükə gözləyir. Bu barədə yerli Jedunka qəzetinə müsahibəsində Müdafiə və regional nazirninmüavini Marsin Xorala bildirib.

“Muzdlu ordu istənilən vəziyyətdə həmişə ciddi təhlükə yarada bilər. Biz ölkəmizin sərhədlərinin təhlükəsizliyini təmin etməliyik. Dövlət imunitetinin qorunması üçün ordumuzu gücləndirməli, sərhəd baryelərini götürməməli, əksinə daha da artırmalıyıq”- deyə nazir müavini bildirib.

Xoralanın sözlərinə görə, sərhədlərin təhlükəsizliyi məsələsi referendum məsələləri siyahısına salınacaq.

Bu arada dünən “Vaqner” muzdlu ordusunun yaradıcısı və rəhbəri Yevgeni Priqojinin müəmmalı şəkildə təyyarə qəzasında həlak olduğu barədə məlumat yayıldı. Priqojinin də olduğu Biznes-cet təyyarəsi Moskvadan Sankt-Peterbuqa uçuşu zamanı qəzaya uğradığı bildirilir.

Qəzanın səbəbləri barədə müxtəlif versiyalar irəli sürülür. Bəzi mənbələr bunu Rusiyanın xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat olduğunu bildirirlər. Bu qəzanın hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin də işi ola biləcəyini güman edənlər də var. ABŞ-ın eks-prezidendi Donald Tramp məhşur aparıcı Taker Karlsona verdiyi müsahibədə, mərkəzi kəşfiyyat idarəsinin əməkdaşlarının Vaşinqtonun düşmənlərinin aradan götürülməsi ilə bağlı saysız əməliyyatlar keçirdiyini bildirib.

“Əl-cəzera” bildirir ki, hadisə yerindəki cəsədlərdən birininyanında Yevgeni Priqojinin telefonu tapılıb. Lakin, Priqojinin cəsədinin təyyarənin qalıqları arasında olduğu hələ ki, təsdiq olunmayıb.

Readovka portalı, Peiqojinin həmin vaxt başqa təyyarədə olduğunu təsdiq edir. Portalın bilsiediyinə görə, biznesmen əvvəllər də konsperasiya məqsədilə özünə məxsus bir borta qeydiyyatdan keçib, sonra başqa bortla uçurdu. Qəzaya uğrayan RA-02795 bort nişanlı təyyarə Priqojinə məxsisdur və biznesmen sərnişinlərin siyahısında olub. Lakin həmin vaxt Priqojinə məxsus digər Embraer 600 biznes-jettəyyarəsi də Moskvadan Sank Peterburqa uçuş edib. Bildirilir ki, həmin təyyarə sonradan sağ-salamat Moskvaya qayıdıb və Priqojin həmin təyyarədə də ola bilərdi. Hətta bir jurnalist Priqojinin avqustun 23-də həmin təyyarə ilə Afrikaya uçduğnunu da təsdiq edir.

Jevgeni Peiqojinin ölümü də, (əgər doğrudan da ölübsə) həyatı kimi müəmmalarla dolu fərziyələrlə yadda qalacaq.

 

 

TƏQVİM / ARXİV