Polis Akademiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - VİDEO+FOTOLAR
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
DİN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğız Respublikalarının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Milli Məclis və DİN-in müxtəlif qurumlarının məsul şəxsləri, həmçinin Bakı Dövlət Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları, magistr və doktorantları da tədbirə qatılıblar.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev açıb. O, tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb və əsas məqsədin cinayətkarlığa qarşı mübarizədə innovativ yanaşmaların müzakirəsi, effektiv hüquqi mexanizmlərin təhlili və qlobal təcrübənin paylaşılması olduğunu vurğulayıb.
Tədbir panel çıxışlarla davam edib.
İştirakçıların təqdimatlarında cinayətkarlığa qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri, müasir cinayət formaları və inkişaf tendensiyaları geniş şəkildə müzakirə olunub. Həmçinin cinayətlərin yeni növləri, onlara qarşı mübarizənin nəzəri və praktiki problemləri, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi perspektivləri, istintaq və məhkəmə təcrübəsi barədə fikirlər səsləndirilib.
Konfrans çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq sisteminin müasir çağırışlara uyğunlaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal sübutlarla bağlı yeni normativ tənzimləmələrin hazırlanması prioritet istiqamətlər kimi önə çıxıb. Bundan başqa, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsinin daha da sürətləndirilməsi, birgə təlim və hazırlıq proqramlarının təşkili, mərkəzləşdirilmiş məlumat bazalarının genişləndirilməsi və elmi-analitik fəaliyyətin gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Cinayətkarlığın statistik və kriminoloji təhlilinə dair yeni elmi layihələrin hazırlanması da prioritet istiqamətlərdən biri kimi qeyd olunub.
Tədbirdə iştirak edən qonaqlar beynəlxalq konfransın təşkilini yüksək qiymətləndirib və əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Konfrans işgüzar və səmərəli mühitdə başa çatıb.
Digər Xəbərlər
26 Noyabr 2025 16:35
Baş Prokurorluq: Elektron Prokurorluq İnformasiya Sistemi beynəlxalq mükafata layiq görülüb
26 Noyabr 2025 16:16
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azaldı
26 Noyabr 2025 15:48
Günay Ağamalıdan AÇIQLAMA: "O mənim qızım deyil"
26 Noyabr 2025 15:29
“AzerGold” QSC-də “Yüksəliş” müsabiqəsi çərçivəsində növbəti mentorluq görüşü keçirilib
26 Noyabr 2025 14:57
Ermənilərin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? - VİDEO
26 Noyabr 2025 14:55
"Allah sizi başımızın üstündən əksik etməsin" - Milli Qəhrəmanın anası
26 Noyabr 2025 12:45
"Orta Dəhliz boyunca infrastrukturu inkişaf etdirməyə davam edirik" - ADY sədri
26 Noyabr 2025 11:54


Bakı -°C

