adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Aprel 2024 12:30
3956
MARAQLI

Planetin milyarderləri açıqlandı: Varını xalqından əsirgəməyən 5 erməni də siyahıda

ABŞ-ın “Forbes” jurnalı erməni iş adamlarının da yer aldığı milyarderlərinin 38-ci dünya reytinqini dərc edib.

Adalet.az  xəbər verir ki, Argentina əsilli erməni iş adamı Eduardo Ernekyan 3 milyard dollar sərvətlə 1104-cü yerdə qərarlaşıb .

Rusiyada yaşayan iş adamları Samvel Karapetyan və Albert Avdolyan 1143-cü yeri bölüşürlər. Onların hər birinin sərvəti 2,9 milyard dollar olaraq qiymətləndirilib .

Realiti şou ulduzu Kim Kardaşyan 1,7 milyard dollar sərvəti ilə 1851-ci yerdədir . Hazırda "padval"ımızda  həyat yaşayan  Ruben Vardanyan 1,1 milyard dollar sərvəti ilə 2545-ci yerdə qərarlaşıb .

Reytinq liderinə gəlincə, artıq ikinci ildir ki, dünyanın ən varlı milyarderləri reytinqinə Louis Vuitton Moët Hennessy şirkətlər qrupunun sədri və baş icraçı direktoru Bernard Arno başçılıq edir. Bir il ərzində o, 22 milyard dollar zənginləşib, hazırda onun sərvəti 233 milyard dollar qiymətləndirilir.

İkinci və üçüncü yerləri, bir il əvvəl olduğu kimi, müvafiq olaraq, Tesla və SpaceX-in rəhbəri İlon Mask və Amazonun rəhbəri Ceff Bezos bölüşür.

Metanın rəhbəri Mark Zukerberqin ilk onluğa qayıtması gözlənilməz olub. Bir il ərzində o, 100 milyard dollardan çox qazanaraq 4-cü yeri tutdu (keçən il 16-cı idi).

Forbes-in reytinqinə əsasən, dünyanın ən zəngin 20 adamının sərvəti 2,48 trilyon dollar olaraq qiymətləndirilir.

Bu ilin ilk 20-liyində yalnız bir qadın var: Fransuaza Bettenkur Mayer; L'Oréal kosmetika imperiyasının vitse-prezidentinin sərvəti bir qədər artaraq 99,5 milyard dollara çatıb. O, 15-ci yeri tutaraq planetin ən zəngin qadını statusunu təsdiqləyib.

 Yeri gəlmişkən, 

10. Nihat Özdəmir -sərvət: 2,2 milyard dollar

9. Filiz Şahenk -Sərvət: 2,2 milyard dollar

8. Erman İlıcak- Sərvət: 2,4 milyard dollar

7. Fərid Faiq Şahənk-Sərvət: 2,4 milyard dollar

6. Əli Ərdemoğlu-Sərvət: 2,6 milyard dollar

5. Mustafa Rəhmi Koç-Sərvət: 2,8 milyard dollar

4. İbrahim Ərdemoğlu-Sərvət: 3 milyard dollar

3. İpek Kıraç-Sərvət: 3,1 milyard dollar

2. Semahat Sevim Arsel-Sərvət: 3,2 milyard dollar

1. Murat Ülker-Sərvət: 5,2 milyard dollar.

Forbes -də ABŞ reytinqinin ilk iyirmiliyi belə görünür:

1. Bernard Arnault (233 milyard dollar), Louis Vuitton Moët Hennessy şirkətlər qrupu, Fransa
2. Elon Musk (195 milyard dollar), Tesla, SpaceX. ABŞ
3. Ceff Bezos (194 milyard dollar), Amazon, ABŞ
4. Mark Zukerberq (177 milyard dollar), Meta, ABŞ
5. Larri Ellison (141 milyard dollar), Oracle, ABŞ
6. Uorren Baffet (133 milyard dollar), Berkshire Hathaway, ABŞ
7. Bill Qeyts (128 milyard dollar), Microsoft, ABŞ
8. Stiv Balmer (121 milyard dollar), Microsoft, ABŞ
9. Mukeş Ambani (116 milyard dollar), investisiyalar, Hindistan
10. Larri Peyc (114 milyard dollar), Google, ABŞ
11 Sergey Brin (110 milyard dollar), Google, ABŞ
12. Maykl Blumberq (106 milyard dollar), Bloomberg LP, ABŞ
13. Amansio Orteqa (103 milyard dollar), Zara, İspaniya
14. Karlos Slim Helu (102 milyard dollar), telekommunikasiya, Meksika
15. Fransua Bettencourt-Mayer (99,5 milyard dollar), L'Oréal, Fransa
16. Maykl Dell (91 milyard dollar), Dell, ABŞ
17. Gautam Adani (84 milyard dollar), Adani Group, infrastruktur, xammal, Hindistan
18. Cim Walton (78,4 milyard dollar), Walmart, ABŞ
19. Rob Walton (77,4 milyard dollar), Walmart, ABŞ
20. Censen Huanq (77 milyard dollar), yarımkeçiricilər, ABŞ

Qeyd edək ki, 59 -cu yerdə qərarlaşan azərbaycanlı Vahid Ələkbərov varidatına görə,  Rusiyada birincilik qazanıb. 

Əntiqə Rəşid