“Azərsun Holdinq”dən pərakəndə sahəsində çalışmaq istəyənlərə dəstək
“Azərsun Holdinq” S.T.E.P. Pərakəndə Gənc İstedadlar Proqramına start verir.
Adalet.az xəbər verir ki, 5 aylıq ödənişli təcrübə proqramı çərçivəsində gənclər “Bazarstore” və “AL Market”də pərakəndə sahəsinə aid biliklər qazanacaqlar.
Belə ki, proqram 8 əsas istiqamətdə real təcrübə qazanmaq imkanı yaradır. Gənclər kommersiya, istehsal (pl), kateqoriya, planlama, marketinq, logistika, tədarük zənciri və insan resusrları üzrə təcrübə keçəcəklər. Həmçinin iştirakçılar “Azərsun Akademiyası”nda təlim proqramlarında iştirak edəcək, eyni zamanda peşəkar mentorluq dəstəyi vasitəsilə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.
Layihənin məqsədi pərakəndə sahəsində karyera qurmaq istəyən gənclərə real iş mühitində hərtərəfli təcrübə qazandırmaq, proqramı uğurla tamamlayan namizədləri işə qəbul etməklə gələcəyin peşəkar kadrlarını formalaşdırmaqdır.
Layihədə universiteti yeni bitirmiş və ya maksimum 1 ilə yaxın iş təcrübəsi olan şəxslər iştirak edə bilər. Bunun üçün cv-lərinizi [email protected] electron poçt ünvanına göndərə bilərsiniz.
Digər Xəbərlər
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
09 Sentyabr 2026 07:35


Bakı -°C

