"Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir" - Hikmət Hacıyev
Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda "Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan əlavə investisiyalar yatırır. "Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır", - deyə Hikmət Hacıyev əlavə edib.
O bildirib ki, 2020-ci ildən başlayaraq Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib və 2026-cı ilin ortalarında yekunlaşması nəzərdə tutulur: "Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur hissəsində də işlər aparılır və burada ABŞ-dan olan tərəfdaşlarımız iştirak edir. Üçüncü seqment isə Naxçıvanı əhatə edir. Bu sahədə də əlavə sərmayələr yatırılır və biz Avropa ölkələri də daxil olmaqla digər beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edirik. Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir".
Digər Xəbərlər
15 May 2026 12:34
Prezident Qazaxıstana getdi - FOTOLAR
15 May 2026 11:58
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
15 May 2026 11:07
“ABŞ və Çin açıq şəkildə üz-üzə gəlmirlər...”
15 May 2026 11:04
“Bu səfər ABŞ və Çin arasında köklü dönüş yaratmayacaq...”
15 May 2026 10:47
“Nikol Paşinyan onlara həqiqəti deyir, bir gün gücü çatsa...”
14 May 2026 18:56
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi - FOTOLAR
14 May 2026 18:23
Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür - Səxavət Məmməd yazır
14 May 2026 13:52


Bakı -°C

