Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet.az-a verilən məlumata görə, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayacaq.
Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olacaq.
Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.
Digər Xəbərlər
02 Iyun 2026 10:03
“Sosial problemlər təkcə maddi gəlir, uşaqpulu, böyükpulu ilə əlaqədar deyil”
02 Iyun 2026 09:59
“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səyyar tamaşalar təşkil edib
01 Iyun 2026 20:51
Alona Əliyeva uşaqlarla bir arada - FOTOLAR
01 Iyun 2026 12:55
Sabah yağış yağacaq
01 Iyun 2026 09:23
"Hər bir uşağa xoşbəxt həyat arzulayıram" - Mehriban Əliyeva
31 May 2026 16:25
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
31 May 2026 12:00
ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib
30 May 2026 07:58


Bakı -°C

