Narkotikin təsiri altında taksi sürən şəxs tutulub - VİDEO

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Ramana qəsəbəsində yaşayan Səbuhi Quliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Səbuhi Quliyevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu məlum olub.
Araşdırma zamanı həmçinin həmin şəxsin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Səbuhi Quliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.
Digər Xəbərlər

“Bakubus” avtobusu bulvara girdi - VİDEO + YENİLƏNİB

Azərbaycanlı reper müharibədə həlak oldu

Bakıda maşın skuter idarə edən şəxsi vurdu - VİDEO

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü

"Can şirindir, başladıq boğuşmağa" - Ayı hücumuna məruz qalan şəxs

Goranboyda kafedə kütləvi dava - xəsarət alanlar var

Sabahın havası bu insanlar üçün əlverişlidir
