Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edir...
Adalet.az xəbər verir ki, bu iddia ilə "Xəzər TV"nin qaynar xəttinə Tovuz sakini Leyla Rəhimova müraciət edib. Onun sözlərinə görə, maaşının ödənməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən "Laləli" Uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.
Leyla Rəhimova iddia edir ki, bağça müdiri ona 300 manat əmək haqqını verməməklə yanaşı, azyaşlı və autizm sindromlu uşağını da bağçadan çıxarıb.
Məsələ ilə bağlı "Laləli" Uşaq bağçasının müdiri Lalə Əzimova ilə əlaqə saxladıq. Bildirdi ki, işçiyə əl qaldırmayıb, aralarında sadəcə mübahisə olub.
Leyla Rəhimova baş verən hadisədən sonra polisə müraciət edib və məsələnin hüquqi müstəvidə həll olunmasını gözləyir.
Digər Xəbərlər
27 Iyul 2026 10:25
Tozlu hava ilə bağlı AÇIQLAMA
27 Iyul 2026 09:26
Bu ərazilərdə qaz olmayacaq
26 Iyul 2026 09:00
“Qafqazın xirosiması"ndan dirçəlişə - VİDEO
25 Iyul 2026 17:36
Məhərrəmlik nə vaxt bitir?
25 Iyul 2026 17:00
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
25 Iyul 2026 13:05
Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO
25 Iyul 2026 10:50
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
25 Iyul 2026 10:30


Bakı -°C

