Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
Zəngilanın Soltanlı kəndinə bu ilin sonunadək ilk köçün həyata keçirilməsi planlaşdırılır.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.
Onun sözlərinə görə, Soltanlı kəndinin layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" Şirkətlər Qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
N.Cəfərov bildirib ki, kəndin ümumi ərazisi 108 hektardır. Hazırda burada 420 fərdi yaşayış evi, inzibati bina, çoxfunksiyalı bina, 140 yerlik uşaq bağçası və Bayraq Meydanının tikintisi davam edir.
"420 fərdi yaşayış evindən 336-da qaba tikinti işləri artıq yekunlaşıb. Digər evlərdə isə tikinti işləri sürətlə davam etdirilir. Bu ilin sonunadək kəndə ilk köçün həyata keçirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
İcraçı direktor əlavə edib ki, kənddə inşa olunan fərdi yaşayış evləri 2, 3, 4 və 5 otaqlı layihələr əsasında tikilir. Evlərlə yanaşı, hər həyətyanı sahədə köməkçi tikililər də nəzərdə tutulub.
N.Cəfərovun sözlərinə görə, kənd ərazisində yağış və sel sularının təhlükəsiz şəkildə kənarlaşdırılması üçün də müvafiq infrastruktur işləri aparılır.
Digər Xəbərlər
25 Iyul 2026 10:30
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
25 Iyul 2026 10:00
65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO
25 Iyul 2026 09:30
Nazirlik həftəsonu su hövzələrinə üz tutanlara müraciət etdi
24 Iyul 2026 19:04
Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
24 Iyul 2026 19:00
Yanğın təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
24 Iyul 2026 17:47
"Space TV" bank hesablarına həbs qoyulmasına görə Vado Korovini günahlandırdı
24 Iyul 2026 17:11
İyulun 25-26-da güclü külək olacaq - Xəbərdarlıq
24 Iyul 2026 15:45


Bakı -°C

