FHN: Son bir həftədə 881 yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən həftə 881 yanğına çıxış qeydə alınıb.
FHN-dən Adalet.az-a verilən məlumata görə, bundan başqa nazirliyin "112" qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında həftə ərzində 36 halda köməksiz vəziyyətdə qalma və 2 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
Yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının xilas olunması təmin edilib.
Bildirilib ki, hesabat dövründə 9-u azyaşlı olmaqla ümumilikdə 38 nəfər xilas edilib. 2 nəfər xəsarət alıb, 7 nəfərin meyiti təhvil verilib.
Digər Xəbərlər
28 Iyul 2026 12:42
Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı
28 Iyul 2026 12:09
Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
27 Iyul 2026 17:57
Küləkli hava nəticəsində 2 nəfər yaralandı - YENİLƏNİB
27 Iyul 2026 16:19


Bakı -°C

