Türkiyəyə məxsus “GOLDEN LEO” Odessa yaxınlığında batdı
Türkiyəyə məxsus "GOLDEN LEO" yük gəmisi Odessa yaxınlığında batıb.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, gəmi iyulun 19-da Ukrayna qarğıdalısı ilə yükləndikdən sonra limanı tərk edərkən raket zərbəsinə məruz qalıb.
Onun sözlərinə görə, hücum nəticəsində doqquz ekipaj üzvü və bir ukraynalı losman həlak olub, səkkiz dənizçi isə xilas edilib.
Kiper əlavə edib ki, zərər görən "GOLDEN LEO" gəmisi sonradan tamamilə batıb. O qeyd edib ki, gəmi batarkən göyərtədə heç kim olmayıb.


Bakı -°C

